"Mərkəzi Asiya
örtükləri" sərgisi
Noyabrın 5-də
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin və R.Mustafayev adına Azərbaycan Milli Dövlət İncəsənət
Muzeyinin təşkilatçılığı
ilə Londonun Viktoriya və Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından "Mərkəzi
Asiya örtükləri"
sərgisi açılmışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev bildirmişdir ki, Dövlət İncəsənət Muzeyinin
bu binası əsaslı təmirdən
sonra fəaliyyətə
belə bir əlamətdar hadisə ilə başlayır. Burada bir-birindən
maraqlı sərgilər
təşkil ediləcəkdir.
Nazir vurğulamışdır
ki, "Bakı İslam mədəniyyətinin
paytaxtı-2009" mədəniyyət
ili çərçivəsində
paytaxtımızda ilk
dəfə təşkil
edilmiş bu beynəlxalq sərgidə
Mərkəzi Asiyada istifadə olunan örtük parçalardan
hazırlanmış 58 adda
müxtəlif çeşidli
geyimlər nümayiş
etdirilir. Tədbirdə çıxış edən
Viktoriya və Albert muzeyinin Mərkəzi Asiya departamentinin baş kuratoru Tim Stenli
Azərbaycanda təşkil
edilmiş sərginin tarixi əhəmiyyətindən
danışmışdır.
Elmi mənbələrdən
bəllidir ki, Mərkəzi Asiyanın zaman-zaman dəyişən,
Xəzər dənizi,
Sibir düzləri, İran səhraları ilə əhatələnən
təbii sərhədləri
daxilindəki ərazilərinə
bu gün müstəqil dövlətlər
Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Tacikistan, Türkmənistan, eləcə
də Əfqanıstanın
və Qərbi Çinin bir hissəsi daxildir. Dəniz yolları açılmazdan əvvəl
Şərqlə Qərb
arasında ticarətin
inkişafını təmin
edən Böyük İpək yolu məhz bu ərazilərdən
keçmışdır.
Bu mövqe isə həmin ərazilərdə Mərkəzi
Asiya incəsənətinin
zənginləşməsinə şərait yaratmışdır.
Natiq demişdir ki, cari ildə
Viktoriya və Albert muzeyinin dünyanın 15 ölkəsində
30-a yaxın sərgisi
açılmışdır. Bakıdakı sərgi aparılan işin davamı baxımından olduqca yüksək səviyyədə təşkil
edilmişdir.
R.Mustafayev adına
Azərbaycan Milli Dövlət İncəsənət
Muzeyinin direktoru İsrafil İsrafilov demişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü
ilə təmir olunan bu muzey
bizə dünyanın
qabaqcıl muzeyləri
ilə əməkdaşlıq
etmək imkanı yaratmışdır. Bu sərgi
buna bariz nümunədir.
İ.İsrafilov vurğulamışdır
ki, mədəniyyətlərarası
dialoqun, qarşılıqlı
mədəni əlaqələrin
əməli nümunəsi
olan bu sərgidə
nümayiş etdirilən
eksponatlar tarixi-etnoqrafik,
eləcə də bədii- estetik baxımdan bizə çox yaxındır.
Çünki tarixi "İpək yolu" ölkələrinin incəsənətində
oxşar elementlər mövcuddur. Sərgi 2010-ci
il martın 3-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 6 noyabr.- S. 8.