Bakı Dövlət Universiteti ilə Macarıstanın Korvinus Universiteti arasında əməkdaşlığa dair saziş imzalanmışdır

 

Noyabrın 6-da Macarıstanın Korvinus Universitetinin rektoru Tamaş Mezaroşun başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olmuşdur.

Görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin əhəmiyyətini qeyd edən rektor Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin və Korvinus Universitetinin fəxri doktoru olduğunu xatırlatmışdır.

Korvinus Universitetinin rektoru Tamaş Mezaroş rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat vermişdir.

Sonra Bakı Dövlət Universiteti ilə Korvinus Universiteti arasında əməkdaşlığa dair saziş imzalanmışdır.

Sənədi A.Məhərrəmov və T.Mezaroş imzalamışlar.

Qonaqlar BDU-nun tədris şəraiti ilə tanış olmuşlar.

Tədbirdə Macarıstanın Azərbaycandakı səfiri Jeno Boros iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 3.