Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva Gürcüstanın
Patriarx Katolikosu II İlya ilə görüşmüşdür
Noyabrın 6-da Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanda səfərdə olan Gürcüstanın Patriarx
Katolikosu II İlya ilə görüşmüşdür.
Qonağı səmimi salamlayan Mehriban xanım Heydər Əliyev Fondunun fəaliyyəti haqqında
məlumat vermişdir.
Fondun yaxın
zamanlarda Gürcüstanda
bir neçə layihə həyata keçirməyə hazırlaşdığını
bildirən Mehriban xanım bu layihələr
çərçivəsində qonşu ölkədə yeni təhsil ocaqlarının inşasının
nəzərdə tutulduğunu
söyləmişdir.
Azərbaycanın tolerantlıq
baxımından nümunə
sayılacaq ölkə
olduğunu deyən Mehriban xanım xüsusi vurğuladı ki, müxtəlif dinlərə mənsub olan insanlar əsrlər
boyu Azərbaycanda dostluq şəraitində
yaşamışlar. Azərbaycanda
insanlara dininə, dilinə, milliyyətinə,
irqinə görə fərq qoyulmur. Bu, həm Azərbaycan
xalqının, həm
də dövlətin digər dinlərə və millətlərə
olan münasibətidir.
Fond "Tolerantlığın
ünvanı Azərbaycan"
layihəsi çərçivəsində
dünyada bir sıra məbədlərin
yenidən qurulması
və əsaslı təmirində yaxından
iştirak edir. Bu il fond
tərəfindən Gürcüstanda
yenidən qurularaq istifadəyə verilən
məscid də layihə çərçivəsində
görülən işlərin
tərkib hissəsidir.
Gürcüstanın Patriarx Katolikosu II İlya Heydər Əliyev Fondunun reallaşdırdığı
layihələr haqqında
məlumatlı olduğunu
bildirərək, bu qəbildən olan işlərin Gürcüstanda
da həyata keçirilməsindən məmnunluğunu
bildirmişdir.
Görüşün sonunda möhtərəm qonaq Mehriban xanım Əliyevaya xatirə hədiyyəsi təqdim etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 7 noyabr.- S. 3.