Heydər Əliyev
Fondunun təşəbbüsü
ilə alınmış
daha 10 hemodializ aparatı Səhiyyə Nazirliyinə təqdim edilmişdir
Noyabrın 6-da Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
fondun humanitar yardım çərçivəsində əldə
etdiyi 10 böyrək hemodializ aparatını Səhiyyə
Nazirliyinə təqdim etmişdir.
Tibbi avadanlıq
Almaniyanın "Fresenius Medical Care" şirkəti tərəfindən
Heydər Əliyev Fonduna bağışlanan növbəti
humanitar yardımdır.
"Fresenius Medical Care" şirkəti ilə 2006-cı ildən başlanan əməkdaşlığın uğurlu olduğunu deyən Mehriban xanım həmin vaxtdan bəri Heydər Əliyev Fonduna 20 bahalı hemodializ aparatının hədiyyə edildiyini, fondun bu aparatları
Azərbaycanın Səhiyyə
Nazirliyinə bağışladığını
xatırlatmışdır.
Mehriban xanım
Əliyeva dünyanın
bir sıra nüfuzlu tibb şirkətləri ilə
beynəlxalq əməkdaşlıq
çərçivəsində fonda xeyli tibbi
avadanlığın daxil
olduğunu və bunların hamısının
Səhiyyə Nazirliyinə
verildiyini diqqətə
çatdırmışdır.
Fondun prezidenti 10 hemodializ aparatına görə Almaniya şirkətinin təmsilçisinə
minnətdarlığını bildirmiş, bu hədiyyəni yüksək
qiymətləndirdiyini demişdir.
Xoşməramlı səfir Mehriban Əliyeva hemodializ aparatlarının
sənədlərini səhiyyə
naziri Oqtay Şirəliyevə təqdim
etmişdir.
Səhiyyə naziri bu yaxınlarda 1 nömrəli kliniki xəstəxananın nəzdində
yeni hemodializ mərkəzinin açılacağını
qeyd etmişdir. Nazir artıq yeni səhiyyə ocağında hemodializ aparatlarının sayının
30-a çatdırılacağını vurğulamışdır. Bunun
sayəsində daha çox xəstə dövlət tərəfindən
hemodializlə təmin
olunacaqdır. Artıq
regionlardakı müalicə
ocaqlarında da belə aparatların quraşdırıldığını deyən Oqtay Şirəliyev diqqətə
çatdırmışdır ki, hazırda respublika üzrə 1200 xəstə dövlət tərəfindən hemodializlə
təmin olunur. Səhiyyə naziri uroloji mərkəzin açılacağını və
burada böyrəkköçürmə
üzrə əməliyyatın
aparılacağını da
bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 7 noyabr.- S. 3.