Qədim Şəki
ilə tanışlıq
rumıniyalı gənclərin
ürəyincə olmuşdur
Heydər Əliyev Fondunun dəvəti ilə ölkəmizdə
qonaq olan rumıniyalı gənclər
noyabrın 6-da qədim
Şəki şəhərinə
gəlmişlər.
"Yuxarıbaş"
Tarix və Memarlıq Qoruğunun ərazisində şəhər
icra hakimiyyəti başçısının müavini
Zərinə Cavadova rumıniyalı qonaqları
səmimi qarşılamışdır.
Sonra qonaqlar Şərq memarlığının
nadir incilərindən
olan Xan sarayı ilə tanış olmuşlar. Onlara məlumat verilmişdir ki, Şəki Xan sarayı XVIII əsrə aid olan dünya
əhəmiyyətli nadir
tarixi-memarlıq abidəsidir. Saray Azərbaycanda ilk
müstəqil xanlığın
əsasını qoymuş
Hacı Çələbi
xanın nəvəsi
Hüseyn xan Müştaqın dövründə,
1761-1762-ci illərdə tikilmişdir.
İkimərtəbəli sarayda
6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır. Sarayın divar rəsmləri əsasən
həndəsi və nəbati naxışlardan
ibarətdir.
Xan sarayı ilə tanışlıq rumıniyalı qonaqlarda böyük maraq doğurmuşdur. Qonaqlar sarayın eyvanından şəhərin mənzərəsini
seyr etmişlər.
Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən
Xalq Tətbiqi Sənəti Muzeyi ilə tanışlıqdan
sonra qonaqlar Kiş kəndinə gəlmiş, qədim alban məbədini ziyarət etmişlər. Qonaqlara məlumat verilmişdir ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılmış Ay məbədinin özülü
üzərində qurulmuşdur.
Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə
də bütün Qafqazda təqribən iki min il
bundan əvvəl xristianlığın yayıldığını
rəmzləşdirən məşhur
tarixi abidədir.
Sonra qonaqlar Şəki şəhərində
halvaçı sexlərindən
birinə baş çəkmiş, bu məşhur şirniyyatın
hazırlanması prosesini
izləmiş, şirniyyata
qonaq olmuşlar.
Rumıniyalı gənclər
daha sonra XVIII əsrin sonu, XIX əsrin əvvəllərində
inşa edilmiş
"Yuxarı karvansara"
mehmanxana kompleksinə
baxmış, burada şəkili sənətkarların
istehsal etdikləri müxtəlif çeşiddə
malların, xalq tətbiqi sənəti nümunələrinin, əl
işlərinin satıldığı
ticarət obyektlərini,
mağazaları gəzmiş, alış-veriş etmişlər.
Səfər proqramının
sonunda rumıniyalı
gənclərə Şəki
Şəhər İcra
Hakimiyyəti adından
xatirə hədiyyələri
təqdim edilmişdir.
Qrupun rəhbəri, Buxarest şəhəri II sektor icra hakimiyyəti Gənclər Parlamentinin sədri Yelena Debre qədim tarixə və zəngin memarlıq abidələrinə malik olan Şəkinin təbiətinə, insanların qonaqpərvərliyinə heyran qaldıqlarını bildirmiş, Azərbaycanın bu qədim diyarı ilə tanışlığın onlarda böyük təəssürat yaratdığını xüsusi vurğulamışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 7 noyabr.- S. 3.