BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığı məcburi
köçkünlərlə görüşmüşdür
BMT Qaçqınlar
üzrə Ali Komissarlığının Azərbaycandakı
nümayəndəliyi Ağdamda
məcburi köçkünlərlə
"Yaş, gender və müxtəliflik baxışları" mövzusunda
görüşlər keçirmişdir.
Məqsəd dialoq vasitəsilə səmərəli
iştirakçılığa dəstək verməklə
məcburi köçkünlərin
üzləşdikləri himayə
problemlərinin daha dərindən başa düşülməsinə nail
olmaq idi.
Təşkilatın nümayəndələri dörd gün müddətində Ağdam rayonunun məcburi köçkünlər yaşayan Baharlı və Quzanlı "fin qəsəbələri"ndə sakinləri yaş və cins qruplarına bölərək söhbətlər aparmış, xüsusi ehtiyacı, ailə başçısı qadın olan və yaşlı şəxslərin yaşadığı evlərə baş çəkmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 7 noyabr.- S. 4.