Nyu-Yorkda Azərbaycan diplomatiyasının 90 illik yubileyinə həsr olunmuş konfrans

 

Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən verilən məlumatda bildirilir ki, noyabrın 5- Nyu-Yorkdakı Kolumbiya Universitetində Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin Harriman İnstitutunun təşkilatçılığı ilə Azərbaycan diplomatiyasının 90 illik yubileyinə həsr edilmiş "Azərbaycan 21-ci əsrdə: Perspektivlər çağırışlar" mövzusunda konfrans keçirilmişdir.

Konfransda xarici işlər nazirinin müavini Araz Əzimov, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev, ölkəmizin ABŞ-dakı səfiri Yaşar Əliyev, professor Timoti Frye, beynəlxalq diplomatiya üzrə professor, səfir Stefen Sestanoviç iştirak etmişlər.

Tədbirdə "Dəyişən mühitdə Azərbaycanın təhlükəsizlik siyasəti", "Müstəqil, bütöv, çiçəklənən demokratik Azərbaycana aparan yol", "Azərbaycan-ABŞ əlaqələri" mövzularında məruzələr dinlənilmişdir.

Tədbirin sonunda azərbaycanlı diplomatlar iştirakçıların suallarını cavablandırmış, şərhlər vermişlər.

Sonda iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış BMT-nin sənədlər toplusu kitablar təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 4.