Bakıda "Bakutel" 15-ci Azərbaycan Beynəlxalq telekommunikasiya informasiya texnologiyaları sərgisi çərçivəsində konfrans keçirilmişdir

 

Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində açılmış "BakuTel" 15-ci Azərbaycan yubiley Beynəlxalq telekommunikasiya informasiya texnologiyaları sərgisi çərçivəsində noyabrın 5- "Hyatt Regency-Naxçıvan" mehmanxanasında konfrans keçirilmişdir.

Azərbaycan rabitə informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bir gün əvvəl açılmış "BakuTel" sərgisinin məqsədləri barədə iştirakçılara məlumat vermişdir. Bildirmişdir ki, sərgi Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində bir ildə görülmüş işlər haqqında hesabat verməyə, xarici şirkətlərin təcrübələri yeni texnologiyaları ilə tanış olmağa, eyni zamanda, yerli xarici şirkətlər arasında əlaqələrin yaradılmasına xidmət edir. Konfransda İKT-nin gələcək inkişafı ilə bağlı mövzulara dair çıxışların, təqdimatların, aparılacaq müzakirələrin əhəmiyyəti böyükdür.

E.Vəlizadə konfransın "Biznesin inkişafı üçün İKT həlləri", "Mobil sabit rabitə sektorunun inkişafı" yeni - nanotexnologiya bölmələrində keçiriləcəyini bildirmişdir. Qeyd etmişdir ki, nanotexnologiyalar dünyada böyük maraq doğurur, Azərbaycanda da bu istiqamətdə ilkin addımlar atılır.

BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa MDB ölkələri üzrə regional bürosu direktorunun müavini, proqramın Bratislava Regional Mərkəzinin direktoru Cens Vandel Azərbaycan hökuməti ilə İKT-nin inkişafı sahəsində əməkdaşlıqdan danışmış, ölkəmizin bu sahədə qazandığı nailiyyətləri diqqətə çatdırmışdır. O, konfransda yeni ideyaların, fikirlərin səslənəcəyinə ümidvar olduğunu vurğulamışdır.

"BakuTel" sərgisinin baş sponsoru olan "Azercell Telekom" şirkətinin nümayəndəsi Vahid Mürsəliyev qurumun qazandığı uğurlar, həyata keçirdiyi yeni layihələr barədə iştirakçılara məlumat vermişdir.

Bölmə iclaslarında "Microsoft-Azərbaycan"ın təşəbbüsləri innovasiya inkişafının əhəmiyyəti", "İnformasiya texnologiyaları telekommunikasiya infrastrukturu: texnoloji yeniliklər dalğasında balanslaşma", "Elektron idarəetmə həlləri: Elektron sənəd Elektron imza", "Elektron Sənəd İdarəetmə Sistemi, səmərəli biznes inkişafının həlləri", "Telekom 3.0 - Azərbaycan dünya, fərdi qrup kommunikasiyaların gələcəyi - perspektivlər, tələblər mümkün həllər" digər mövzularda məruzələr dinlənilmişdir.

Türkiyənin Egey Universiteti tibb fakültəsinin müdaxilə radiologiyası bölməsinin rəhbəri Əhməd Memisin "Nanotexnologiya və təbabət: müasir tətbiq sahələri və perspektivlər", Yaponiyanın Osaka Universitetinin nümayəndəsi Takanari Matsudanın "Neftayırma qurğusundan ayrılan məhsulların karbon nanoborusunda sintezi" mövzularında məruzələri iştirakçıların böyük marağına səbəb olmuşdur.

Konfransda yerli telekommunikasiya bazarı, stasionar rabitə və mobil rabitə sektorları, ən yeni texnologiyaların tətbiqi üzrə aktual məsələlər də müzakirə edilmiş, iştirakçılar müəssisələrin biznes proseslərinin optimallaşdırılması üçün nəzərdə tutulmuş ən son həll variantları ilə tanış olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 6 noyabr.- S. 7.