Konstitusiya Məhkəməsi
Palatasının növbəti
iclası olmuşdur
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Palatasının növbəti
iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsinin
mətbuat xidmətindən
bildirmişlər ki, palatanın iclasında Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə
və "Konstitusiya Məhkəməsi haqqında"
Azərbaycan Respulikası
Qanununun 7.1-ci maddəsinə
əsasən, vətəndaş
Nəcəf Talıb oğlu Quliyevin şikayətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Şikayətə mahiyyəti üzrə, tərəflərin
iştirakı ilə
Konstitusiya Məhkəməsi
Plenumunun noyabrın
27-nə təyin edilmiş iclasında baxılacaqdır.
Azərbaycan.- 2009.- 6 noyabr.- S. 7.