"Azərbaycan Respublikasının
İnzibati Prosessual Məcəlləsinin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə
"Azərbaycan
Respublikasının İnzibati
Prosessual Məcəlləsinin
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsini
təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, iki ay
müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının İnzibati
Prosessual Məcəlləsinin
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. həmin
qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının İnzibati
Prosessual Məcəlləsinin
pozulmasına görə
məsuliyyət növlərini
müəyyən edən
qanunvericilik aktının
layihəsini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.4. öz səlahiyyətləri daxilində
"Azərbaycan Respublikasının
İnzibati Prosessual Məcəlləsinin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. Müəyyən
edilsin ki:
2.1. Azərbaycan
Respublikasının İnzibati
Prosessual Məcəlləsinin
8.1.2-ci maddəsinin üçüncü
cümləsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
2.2. həmin məcəllənin 126.2-ci maddəsinin
birinci cümləsində
nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
həyata keçirir.
3. Bu fərman 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 oktyabr
2009-cu il
Azərbaycan.- 2009.- 8
noyabr.- S. 2.