Azərbaycanın milli mədəni
dəyərlərinin qorunmasında
televiziyanın və radionun rolu böyükdür
Azərbaycanın milli mədəni dəyərlərinin
qorunmasında, Azərbaycan
dilinin, ölkəmizin
ictimai-siyasi həyatının
inkişafında teleradioların
rolu böyükdür.
Bu sözləri
noyabrın 6-da Prezident
Administrasiyasının ictimai-siyasi
şöbəsinin müdiri
Əli Həsənov demişdir.
Bütün teleradio şirkətlərinə uğurlar arzulayan Ə.Həsənov vurğulamışdır ki, müstəqil dövlət quruculuğu prosesini teleradio kanallarından kənar təsəvvür etmək mümkün deyildir. Buna görə də biz ümid edirik ki, teleradio şirkətləri respublikada həyata keçirilən prosesləri, ictimai-siyasi həyatın dəyərlərini, ölkəmizin beynəlxalq aləmdə mövqelərini, Azərbaycan ilə bağlı ölkə daxilində və kənarda baş verən hadisələri obyektiv işıqlandıracaq, ictimaiyyətimizi düzgün, operativ informasiya ilə təmin edəcəklər.
AzərTAc
Azərbaycan.- 2009.-7
noyabr.- S. 4.