Konfrans iştirakçıları Heydər Əliyev Fondu
ilə tanış olmuşlar
Şeyxülislam
Allahşükür Paşazadənin anadan olmasının 60 və
şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr
olunmuş "Dinlərarası dialoq: qarşılıqlı
anlaşmadan birgə əməkdaşlığa
doğru" mövzusunda Bakıda keçirilən Beynəlxalq
konfransın iştirakçıları noyabrın 7-də
Heydər Əliyev Fondunda olmuşlar.
Qonaqlar ümummilli liderin zəngin
irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik
ideyalarını yeni nəsillərə aşılamaq məqsədi
daşıyan Heydər Əliyev Fondu ilə böyük
maraqla tanış oldular.
Fondun zəngin ekspozisiyasında
toplanan fotolar və eksponatlar görkəmli dövlət xadimi
Heydər Əliyevin həyat və fəaliyyətini əks
etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən
bu böyük şəxsiyyətin səyləri nəticəsində
ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında
ciddi dönüş mərhələsinin
başlanğıcı qoyulmuşdur.
Məlumat
verilmişdir ki, hakimiyyətdə olduğu dövrdə
ümummilli lider iqtisadi rifahın, sosial-mədəni irəliləyişin,
müasir cəmiyyət quruculuğunun bütün səviyyələrdə
uğurlu inkişafı üçün mühüm işlər
görmüşdür. Böyük bir xalqın suveren məkanda yaşamaq
imkanını ulu öndər gerçəkləşdirmişdir.
Qonaqlar Heydər Əliyev
Fondunun görkəmli siyasi xadimin zəngin irsinin öyrənilməsi,
təbliği, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə
yönələn genişmiqyaslı fəaliyyəti ilə
bağlı apardığı işləri yüksək qiymətləndirdilər.
Konfrans
iştirakçıları fondun Xatirə kitabına ürək
sözlərini yazdılar.
AzərTAc
Azərbaycan.- 2009.- 8 noyabr.- S. 2.