ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin
yekunu ilə bağlı bəyanat yaymışlar
ATƏT-in Minsk qrupunun həmsədrləri
Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke
(ABŞ) regiona səfərlərinin yekunu ilə bağlı
bəyanat yaymışlar.
ATƏT-in rəsmi saytında yerləşdirilmiş
bəyanatda deyilir ki, Minsk qrupunun həmsədrləri
noyabrın 4-6-da Azərbaycan və Ermənistanda səfərdə
olmuşlar. Onlar noyabrın 5-də Bakıda Azərbaycan
Prezidenti İlham Əliyevlə, noyabrın 6-da isə Yerevanda
Ermənistan prezidenti Serj Sarkisyanla görüşmüşlər.
Həmsədrlər noyabrın 6-da Prezident İlham Əliyevlə
ikinci dəfə görüşmək üçün
Bakıya qayıtmışlar.
Prezidentlər Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həlli
üçün baza prinsiplərinin
razılaşdırılması istiqamətində müzakirələri
davam etdirməyə hazır olduqlarını bir daha bəyan
etmişlər. Dövlət başçıları həmsədrlərin
növbəti görüşü təşkil etmək təklifini
qəbul etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 8 noyabr.- S.2.