Azərbaycan gəncləri dünyanın
nüfuzlu universitetlərində
təhsillərini uğurla
davam etdirirlər
Azərbaycan gəncləri
dünyanın nüfuzlu
universitetlərində təhsillərini
uğurla davam etdirirlər.
Bu sözləri
Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı
ilə Bakıda keçirilən "Beynəlxalq
təhsil sərgisi-2009"-da iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənov demişdir.
Ə.Həsənov bildirmişdir
ki, Prezident İlham Əliyev Azərbaycan gənclərinin
hərtərəfli inkişafı
ilə bağlı xüsusi dövlət proqramları təsdiq etmişdir. Ölkə başçısının bu
istiqamətdə əsas
tapşırığı ondan ibarətdir ki, dünyanın ən qabaqcıl universitetlərində Azərbaycan
gəncləri təhsil almalı və onlar respublikamıza qayıdaraq, müstəqil
dövlətimizə, onun
inkişafına, çiçəklənməsinə
töhfələrini verməlidirlər.
Bakıda keçirilən
beynəlxalq təhsil
sərgilərinin əhəmiyyətindən
söz açan Ə.Həsənov demişdir ki, bu tədbirlərdə
dünyanın aparıcı
universitetlərinin stendlərinin
təşkili, onların
təqdimatları gənclərimiz
üçün yeni imkanlar yaradacaqdır. Bugünkü
sərgidə dünyanın
ən qabaqcıl ali məktəblərinin təhsil proqramları və onların şərtləri nümayiş
etdirilir. Ümidvarıq
ki, Azərbaycan gəncləri bu universitetlərdən ən
yaxşılarını seçəcəklər.
AzərTAc
Azərbaycan.- 2009.- 8 noyabr.- S. 8.