Bakıda dünya
şöhrətli universitetlərin
iştirakı ilə
Beynəlxalq təhsil
sərgisi keçirilmişdir
Noyabrın 7-də Bakıdakı "Landmark"
mehmanxanasında Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq təhsil sərgisi-2009"
keçirilmişdir.
Tədbirdə çıxış
edən mərkəzin
direktoru Elnur Əliyev demişdir ki, sərgi iştirakçıları ali
təhsil ocaqlarına
müraciət formaları
və müddətləri,
ərizələrin doldurulması
qaydaları, müxtəlif
pillələr üzrə
təhsil formaları,
bakalavr, magistr proqramları, eləcə
də dil kursları haqqında geniş məlumat ala biləcəklər.
Bildirilmişdir ki,
sərgidə Qlazqo Universiteti (Böyük Britaniya), Şərqi İngiltərə Universiteti
(Böyük Britaniya),
Glion Ali Təhsil İnstitutu (İsveçrə), INTO Universiteti
(Böyük Britaniya),
Studi Qroup (Böyük Britaniya), Kendal Kollec (ABŞ) və digər nüfuzlu təhsil müəssisələri iştirak
edirlər.
E.Əliyev vurğulamışdır ki,
mərkəzin həyata
keçirdiyi layihələr
nəticəsində 10-dan çox
azərbaycanlı gənc
xarici ölkələrin
aparıcı universitetlərində
təhsil alır.
Tədbirdə çıxış
edən təhsil nazirinin müavini Elmar Qasımov bildirmişdir ki, Kaspi Təhsil Mərkəzi dünyanın
aparıcı universitetləri
ilə geniş əlaqələr qurur və Azərbaycan gənclərinin bu təhsil müəssisələrində
oxumaları üçün
ardıcıl addımlar
atır.
Natiq demişdir
ki, "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə
qəbul olunmuş tələbələrin sayı
cari ildə 300 nəfərə çatdırılmışdır. Bu gün Azərbaycan gəncləri 20-dən çox ölkənin tanınmış ali məktəblərində təhsillərini
davam etdirirlər.
E.Qasımov qeyd etmişdir ki, hazırda xarici ölkələrdə
dövlət və qeyri-dövlət təşkilatlarının vəsaiti
hesabına təhsil alan tələbələrin
sayı 10 mindən çoxdur.
Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənov sərgi ilə tanış olmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 8 noyabr.- S. 8.