VII.Naxçıvan iqtisadi
rayonu
Prezident İlham Əliyevin 2004-cü il fevralın 11-də təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" uğurla icra olunaraq ölkəmizin bütün bölgələrinin simasını kökündən dəyişdi. Bu proqramda qarşıya qoyulmuş məqsədlərin reallaşması, nəzərdə tutulmuş bütün vəzifələrin vaxtında və uğurla yerinə yetirilməsi nəticəsində iqtisadi rayonlar tarazlı inkişaf mərhələsinə qədəm qoydu. Yeni müəssisələrin və iş yerlərinin yaradılması ilə əhalinin məşğulluq səviyyəsi artırıldı, ölkədə kommunal xidmət və sosial infrastruktur təminatı gücləndirildi, sahibkarlıq fəaliyyəti daha da genişləndi. Beləliklə, ölkənin dinamik sosial-iqtisadi tərəqqisi təmin edildi.
Bütün bu uğurların davamlı və daha əzəmətli
olmasını təmin
etmək məqsədilə
Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 14-də regionların
sosial-iqtisadi inkişafına
dair II Dövlət Proqramını təsdiq etdi. 2009-2013-cü illəri əhatə
edəcək proqramda
I Dövlət Proqramının davamı olaraq bölgələrin daha genişmiqyaslı tərəqqisi, əhalinin
rifahının yüksəldilməsi
və digər mühüm tədbirlərin
həyata keçirilməsi
öz əksini tapıb. Bu yazıda Naxçıvan
Muxtar Respublikasında
I Dövlət Proqramının
həyata keçirildiyi
mərhələdə görülən
işlərlə yanaşı,
II Dövlət Proqramının
icrasında nəzərdə
tutulan layihələr
barədə məlumat
verilir.
Naxçıvan iqtisadi rayonu Naxçıvan şəhərini, Şərur,
Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz və Kəngərli rayonlarını
əhatə edir. Regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramında
bu iqtisadi rayonun payına düşən 57 tədbirin
hamısı uğurla
reallaşdırılıb.
Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafına dair I
Dovlət Proqramının
qəbulundan sonra Prezident İlham Əliyevin bölgələrə
mütəmadi səfərləri
olkənin regionlarında
sosial-iqtisadi inkişafın
tarazlığının təmin
olunmasına böyük
töhfələr verdi. Dövlət başçısının Naxçıvan Muxtar Respublikasının inkişafına
gostərdiyi diqqət
olkəmizin bu bölgəsində yeni istehsal və emal sənayesi muəssisələrinin, xidmət
və digər infrastruktur, turizm, təhsil, mədəniyyət,
səhiyyə və digər sahələr uzrə yeni obyektlərin yaradılması, əhalinin
məşğulluq səviyyəsinin
yuksəldilməsi, güzəranının
xeyli yaxşılaşdırılması
müşahidə olunmaqdadır.
Prezident İlham Əliyev 2004-cü ilin may və sentyabr
aylarında, 2005-ci ilin
dekabr, 2006-cı ilin dekabr, 2007-ci ilin oktyabr, 2008-ci ilin iyun və
2009-cu ilin avqust aylarında Naxçıvana
səfərlər edib.
Bu səfərlər zamanı
ölkə Prezidentinin
iştirakı ilə
Naxçıvan Beynəlxalq
Hava Limanının, muxtar respublika xəstəxanasında kompüter
tomoqrafiyası kabinetinin,
Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin Naxçıvan
MR-dəki İdarəsinin
yeni binasının,
"N" hərbi hissədə
yeni korpusun, Naxçıvan Dövlət
Universitetinin İnternet
kitabxanası binasının, Naxçıvan
Yeyinti Sənaye Kompleksinin, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan
bölməsinin yeni korpusunun, Naxçıvan Dövlət Universiteti Konservatoriyasının, Naxçıvan
Mülki Müdafiə
Mərkəzinin, Naxçıvan
şəhərində yenidən
qurulan Heydər Əliyev Sarayının, ümummilli lider Heydər Əliyevin adını daşıyan orta
məktəbin, 7 nömrəli
orta məktəbin yeni binasının, 14 nömrəli orta məktəb binasının,
Kitab evinin, Müalicə-Diaqnostika mərkəzinin, Doğum mərkəzinin, tibb məktəbinin yenidən
qurulmuş binasının,
Üzgüçülük mərkəzinin, Əyləncə-idman mərkəzinin, Gənclik mərkəzinin,
Şahmat mərkəzinin,
"Badamlı" Mineral
Sular Zavodunun, "Cahan Holding" şirkətlər qrupunun
yeni istehsal sahələrinin, "Duzdağ"
Fizioterapiya mərkəzinin,
Ordubad şəhərində
internat-məktəb kompleksinin, Şahbuz rayon mərkəzi xəstəxanasının yeni
binasının, Şahbuz
rayonunun Ayrınc kəndində 144 yerlik orta
məktəb binasının,
Şərur rayon mərkəzi xəstəxanasının,
Şərur Olimpiya-İdman
Kompleksinin, Culfa rayon mərkəzi xəstəxanasının, Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin,
Naxçıvan-Sədərək
avtomobil yolunun açılışı olub.
Prezident İlham
Əliyevin iştirakı
ilə modul tipli elektrik stansiyasının, Heydər
Əliyev su anbarının, Naxçıvan
şəhərində qaz-turbin
elektrik stansiyasının,
Şahbuz rayonunda hərbçilər üçün
tikilmiş binanın istifadəyə verilməsi
də birinci dövlət proqramının
icrası zamanı muxtar respublikanın tarixinə həkk olunan əlamətdar hadisələrdir.
Qeyd edək ki, ötən illərdə Naxçıvan
Muxtar Respublikasına İran ərazisi ilə təbii qazın verilməsi də təmin edilib. Bu münasibətlə
keçirilən mərasimdə
də Prezident İlham Əliyev iştirak edib.
Regionların sosial-iqtisadi
inkişafına dair
II Dövlət Proqramı
çərçivəsində Naxçıvan Muxtar Respublikasında gömrük
infrastrukturunun, müxtəlif
növ yeyinti məhsulları istehsalının
inkişafı, yeni tikinti materialları yataqlarının axtarışı
və kəşfiyyat
işlərinin gücləndirilməsi,
rayon mərkəzlərində
meyvə, tərəvəz və kartof
məhsulunun saxlanılması
üçün soyuducu
anbarların, o cümlədən qarışıq
yem istehsalı müəssisələrinin yaradılması,
üzümlüklərin və
meyvə bağlarının
əkin sahələrinin
bərpası və genişləndirilməsi, baramaçılığın,
balıqçılığın inkişafı, aqroservis
xidmətləri şəbəkəsinin
genişləndirilməsi kimi
tədbirlərin həyata
keçirilməsi nəzərdə
tutulur. Proqram çərçivəsində
ekologiya və təbii sərvətlərdən
istifadə tədbirləri
ilə əlaqədar
olaraq kənd təsərrüfatına yararsız
və azyararlı torpaq sahələrində
meşə və qoruyucu meşə zolaqları salınacaq, meşə fondunun səmərəli istifadəsi,
qorunması və bərpası tədbirlərinin
həyata keçirilməsi,
radioaktiv çirklənmənin
qarşısının alınması
məqsədilə müvafiq
mərkəz, ətraf
mühitin mühafizəsi
üçün kompleks
laboratoriyalar yaradılacaq.
Muxtar respublikanın
yol təsərrüfatı
da diqqətdən kənarda qalmayıb. Naxçıvan ərazisində respublika
əhəmiyyətli avtomobil
yollarının çəkilməsi
və körpülərin
tikintisi, şəhər
və rayonlarda daxili avtomobil yollarının təmiri,
dəmiryolu xətlərinin
bərpası, yük
anbarlarının, digər
zəruri infrastrukturların
yaradılması, sərnişin
daşınmasının səmərəliliyinin artırılması
növbəti illərdə
diqqət mərkəzində
olacaq.
Proqram çərçivəsində
muxtar respublikada çayların üzərində
kiçik su elektrik stansiyalarının
tikintisi, Ordubad və Culfa rayonlarının
Arazboyu düzənlik
ərazisində külək
elektrik qurğularının
quraşdırılması, alternativ enerji mənbələrinin, o cümlədən günəş
enerjisi ilə qidalanan müasir tipli elektrik stansiyalarının tikintisi, şəhər və rayonların istilik sisteminin kompleks şəkildə bərpası və yenidən qurulması, universal telekommunikasiya və poçt xidmətlərinin, şəhər
və rayon mərkəzləri arasında
fiber-optik kabellə rabitənin və kənd ATS-lərinin optik ara bağlantılarla
təşkili, simsiz internetin təşkili, telekommunikasiya şəbəkəsində yeni texnologiyanın
tətbiqinin genişləndirilməsi,
su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, yeraltı içməli su mənbələrinin (kəhrizlər)
bərpası və istifadəyə verilməsi,
Arazboyu yaşayış
məntəqələrində modul tipli sutəmizləyici
qurğuların qurulması,
suvarma sistemlərinin təkmilləşdirilməsi,
su anbarlarının, nasosların və suvarma sistemlərinin bərpası da qarşıya qoyulan vəzifələrdir.
Muxtar respublikada əhalinin təhlükəsizliyi,
mənzil təsərrüfatı
və sosial müdafiə, səhiyyə,
mədəniyyət, idman
və təhsil sahələrində də
bir sıra əhəmiyyətli tədbirlər
həyata keçiriləcəkdir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2009.- 8 noyabr.- S. 9.