Kürdəmirin siması dəyişir
Əvvəllər Kürdəmir
Rayon İcra Hakimiyyətində qəbul
günləri müşahidə
olunan insanların çoxluğundan indi əsər-əlamət qalmayıb. RİH başçısı Fəxrəddin
Məlikov qeyd edir ki, rayonun
ən uzaq kəndlərində belə
səyyar qəbullər
təşkil olunduğuna
görə, bir çox məsələlərə
yerində baxılır,
müəyyən problem
operativ şəkildə
aradan qaldırılır.
Ona görə vaxt itirib icra
hakimiyyətinə gəlməyə
ehtiyac qalmır.
F.Məlikovla
rayonda görülən
işlər barədə
də söhbət etdik. Öyrəndik ki, ilin əvvəlindən
bəri Kürdəmirdə
397 yeni iş yeri açılıb, bunun da 257-si daimidir. Rayon iqtisadiyyatının yüksəldilməsi,
aqrar sektorda məhsuldarlığın artırılması,
istehsalda sənaye həcminin gücləndirilməsi
diqqət yetirilən məsələlərdir.
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nda Kürdəmir rayonunda kənd təsərrüfatı
məhsulları istehsalının
genişləndirilməsi, yerli
əhəmiyyətli avtomobil
yollarının təmiri,
körpülərin tikintisi,
şəhər küçələrinin
asfaltlaşdırılması, elektrik enerjisi şəbəkələrinin
yenidən qurulması,
qaz təchizatının
artırılması, şəhərin
su təchizatının
və kanalizasiya sisteminin yenidən qurulması, kəndlərin
su təchizatının
yaxşılaşdırılması, meliorasiya və irriqasiya tədbirlərinin
həyata keçirilməsi
də nəzərdə
tutulmuşdur. Birinci
Dövlət Proqramında
olduğu kimi, ikinci Dövlət Proqramında da Kürdəmirlə əlaqədar
xeyli abadlıq-quruculuq tədbirlərinin
planlaşdırılması rayon sakinlərinin ürəyincə olub. Onlar indiyə qədər də dövlətimizin və onun başçısı
cənab İlham Əliyevin diqqət və qayğısını
hiss edirlər. Rayonda görülən işlər də bunun əyani sübutudur.
Dövlət Proqramının
icrası ilə əlaqədar bu ilin 9 ayı ərzində "Azəryolservis"
ASC-nin vəsaiti hesabına Bakı-Ələt-Qazax avtomobil yolunun 0,9 kilometrlik hissəsində
5630 kvadratmetr və Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil
yolunun 2,2 kilometrlik hissəsində 11.668 kvadratmetr
sahəyə asfalt döşənməklə orta
və cari təmir işləri aparılıb.
Kürdəmir "Tikinti-Nəqliyyat" ASC və Aqroyol Tikinti İdarəsi rayonun yeddi kəndində - Mollakənd, Atakişili, Sığırlı, Şilyan,
Carlı, Muradxan və Çöhranlıda
26 kilometr kəndarası
yolda təmir işləri görüblər.
Rayonda 9 transformator yarımstansiyası, 15 elektrik transformatoru əsaslı, 24 elektrik transformatoru isə cari təmir edilib. Amma bu sahədə hələ görülməli işlər çoxdur. Əhalinin qazla təminatı məsələsi ilə bağlı müvafiq işlər görülür. Xırdapay kəndi ərazisində 50 milli-metrlik qaz boru xətti təmir edilərək işlək vəziyyətə gətirilib. Bir çox kəndlərə 76 milli-metrlik qaz xətti çəkilib. Kürdəmir şəhər əhalisinin içməli su və çirkab suların axıdılması istiqamətində təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" 2007-ci il 20 iyun tarixli Sərəncamına əsasən respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Şüşün, Sovla, Köhünlü, Carlı, Beyi, Mollakənd, Şıxımlı, Pirili, Muradxan kəndlərində modul tipli sutəmizləyici qurğular tikilmiş, 95 bulaq inşa edilmiş, "bp" şirkətinin maliyyə dəstəyi ilə Sığırlı, Karrar, Karrar qəsəbə, Çöhranlı, Atakişili kəndlərində sutəmizləyici qurğular tikilmiş, bütövlükdə bu qurğular vasitəsilə 15 min nəfərdən çox əhali içməli saf su ilə təmin edilmişdir.
Şəhərin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması istiqamətində rayonun rəhbərliyi tərəfindən lazımi tədbirlər görülüb və Dünya Bankının ayırdığı qrant hesabına yaxın günlərdə bu işlərin həyata keçirilməsinə başlanacaqdır. Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti ilə Kürdəmir şəhərində Qarabağ müharibəsi əlili Vasif Dəmirov üçün ikiotaqlı yaşayış evi tikilmişdir. Bir şəhid ailəsi üçün isə fərdi yaşayış evinin tikintisi davam etdirilir.
Regional Proqrama uyğun olaraq rayonun Muradxan kəndində onotaqlı, Qarasaqqal kəndində isə beşotaqlı ikimərtəbəli həkim məntəqələri ən müasir tələblər səviyyəsində tikilərək lazımi texniki avadanlıqlarla təchiz olunub və kənd əhalisinin istifadəsinə verilib. Çöhranlı, Mehdili kəndlərində feldşer-mama məntəqələri üçün binaların inşası nəzərdə tutulub. Şahbəyli kəndində isə Yaponiya səfirliyinin vəsaiti hesabına feldşer-mama məntəqəsinin tikintisi ilə əlaqədar işlər görülür.
Rayon icra hakimiyyəti tərəfindən məktəb tikintiləri ilə bağlı qaldırılan məsələlər də öz müsbət həllini tapmış, yeni məktəb binalarının tikintisi, əsaslı təmir edilməsi uğurla davam etdirilir.
Telman NƏZƏRLİ,
Azərbaycan.- 2009.- 8 noyabr.- S. 10.