Azərbaycanın enerji təhlükəsizliyi sistemi möhkəm bünövrə üzərində inkişaf edir

 

Azərbaycanda enerji təhlükəsizliyi sisteminin təməli 1970-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən yaradılmışdır. 1970-1980-ci illər ərzində ümummilli lider iqtisadiyyatın inkişafı və sosial vəziyyətin yaxşılaşdırılması üçün ilk növbədə enerji təhlükəsizliyi sisteminin möhkəm bünövrəsini yaratmağı, neft-qaz sənayesini və elektroenergetika sahəsini yeni texnika və texnologiya əsasında gücləndirməyi lazım bilmişdir. Bu məqsədlə ilk növbədə Xəzər dənizində kəşf olunmuş neft-qaz yataqlarının istismara verilməsi üçün tələb olunan ən mühüm texniki-texnoloji avadanlıqların alınıb Azərbaycana gətirilməsi işi təşkil edilmişdir.

 

O dövrdə keçmiş SSRİ rəhbərlərindən razılıq almaq və müvafiq vəsaitin ayrılmasına nail olmaq müşkül məsələ olsa da, Heydər Əliyev müdrikliyi və bacarığı ilə, məsələnin mahiyyətini incəliklərinə qədər çatdırmaqla maliyyə məsələsinin həllinə nail oldu. Nəticədə SSRİ-də ilk dəfə Xəzər dənizində yükqaldırma qabiliyyəti 2500 ton olan üzən "Azərbaycan" kran gəmisi respublikamıza gətirildi. Avropada yeganə olan Bakı Dərin Özüllər Zavodu tikildi. Şəmkir su elektrik stansiyası istismara verildi, Şirvanda və Mingəçevirdə çox böyük gücə malik istilik elektrik stansiyaları yenidən quruldu. Bütün bu işləri görməklə Heydər Əliyev Azərbaycanın bu gününü əvvəlcədən görürdü və hesab edirdi ki, vaxt gələcək, bu işlər müstəqil Azərbaycan dövlətinə və xalqına xidmət edəcək.

1993-cü ildən başlayaraq xalqın təkidi ilə ikinci dəfə dövlətə və xalqa rəhbərlik edən Heydər Əliyev enerji təhlükəsizliyi sistemini xilas etməyə başladı. Belə ki, 1994-cü ildə Heydər Əliyev qətiyyəti, güclü daxili və xarici siyasəti sayəsində "Əsrin müqaviləsi" imzalandı. Bu kontraktda nəzərdə tutulan neft-qaz hasilatı və hazır məhsulun daxili və xarici bazarlara nəqli və satışı mühüm prioritet istiqamətlərdən biri idi. Bu problemin həlli üçün üç qlobal layihə - "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri həyata keçirildi. Bu layihələrin gerçəkləşməsində ulu öndər Heydər Əliyev dünya ölkələrindəki nüfuzu hesabına bütün maliyyə, texniki, coğrafi və ekoloji problemlərə qalib gəldi.

SSRİ dağılandan sonra Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və Özbəkistan özlərinin müstəqil neft-qaz strategiyalarını həyata keçirməyə başladılar. Bu iş Azərbaycanda MDB məkanında ilk olaraq 1993-cü ilin ikinci yarısından Heydər Əliyev tərəfindən irəli sürüldü və o biri dövlətlər bu təklifdən yararlandılar.

Müstəqil Azərbaycan dövlətinin ilk illərində strateji enerji təhlükəsizliyi sistemi qorunub saxlanıldı. Heydər Əliyevin sayəsində Azərbaycan bu sahədə lider dövlətlər qrupuna daxil oldu. Cənubi Qafqazda isə lider dövlətə çevrildi.

Eyni zamanda, Azərbaycanın dünyanın yeni tarixi hadisələri çərçivəsində geosiyasi vəziyyəti yüksək dərəcədə möhkəmləndirildi. Odur ki, Azərbaycanın haqq işinə maneçilik törədənlər, "neft-qaz ehtiyatları çox tezliklə tükənəcək" - deyənlər ciddi yanılırdılar.

Hazırda Azərbaycanda neft-qaz hasilatının dinamikası deməyə əsas verir ki, yaxın 100 ildə Azərbaycan strateji enerji təhlükəsizliyi sistemində öz liderliyini ən azı Cənubi Qafqazda qoruyub saxlayacaq. Bu baxımdan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri müstəsna rol oynayır. Onların vasitəsilə nəql olunan enerjidaşıyıcıları dünyanın bir çox ölkələrinə satılır.

Son bir neçə ildə Azərbaycan strateji enerji təhlükəsizliyi siyasəti baxımından Qərbin Cənubi Qafqazdakı əsas tərəfdaş ölkəsinə çevrilib. Zəngin enerji resurslarına malik dövlət kimi Azərbaycan müstəqil xarici siyasət kursu yürüdür, region dövlətləri ilə konstruktiv əməkdaşlıq edir. Bu günlərdə əfsanəvi Neft Daşlarının 60 illik yubileyi mərasimində ölkə Prezidenti İlham Əliyev demişdir: "Biz böyük nailiyyətlərə nail olmuşuq. Biz ölkəmizi gücləndirmişik. Neft-qaz potensialımızı böyük dərəcədə artıra bilmişik. Bu il Azərbaycanda 50 milyon ton neft hasil ediləcəkdir. Bu, rekord göstəricidir və biz hamımız çalışmalıyıq ki, bu müsbət dinamika və bu hasilatın davamı təmin edilsin".

Ölkəmizin təkcə "Azəri-Çıraq-Günəşli" yataqlarının ehtiyatları 5,4 milyard barel həcmindədir ki, bunun da xeyli hissəsi hələ çıxarılmayıb. Son 10 ildə neft və qaz hasilatının artırılması, dünya bazarında satışdan əldə olunan gəlir sənayenin və kənd təsərrüfatının dinamik inkişafına yönəldilmişdir. Bölgələrdə yeni xəstəxanaların, diaqnostika mərkəzlərinin, məktəblərin tikilməsi, əsaslı təmiri və avadanlıqlarla təchizi, sahibkarlığa dəstək neft sektorunun uğurları hesabına baş verir.

Bütün bu işlərdən əlavə, respublikanın ayrı-ayrı bölgələrində çoxlu sayda xəstəxanalar əsaslı təmir edilmiş və yeni avadanlıqlarla təchiz olunmuş, yollar salınmışdır. Strateji enerji təhlükəsizliyi sistemi ildən-ilə gücləndikcə respublikada magistral və şəhərdaxili yolların dünya standartlarına çatdırılması üçün çox böyük həcmli infrastruktur layihələri həyata keçirilir. Regionlarda qazlaşdırma işinin tam başa çatdırılması üçün hazırda ARDNŞ tərəfindən çoxlu sayda layihələr reallaşdırılır. Şübhə yoxdur ki, yaxın vaxtlarda respublikanın bütün rayonlarının qaz yanacağı ilə təchizatı müvəffəqiyyətlə başa çatacaq.

Bununla yanaşı, Azərbaycan dövləti strateji enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin əsas qollarından biri olan elektrik enerjisi sisteminin maddi və texniki vəziyyətinin daha da inkişafına çox böyük diqqət göstərməkdədir. Belə ki, son bir neçə ildə "Azərenerji" ASC tərəfindən müxtəlif bölgələrdə modul tipli istilik elektrik stansiyaları tikilmişdir. Nəticədə bu gün Azərbaycan nəinki elektrik enerjisinə tələbatını tam ödəyir, hətta qonşu ölkələrə elektrik enerjisi satır.

Ümummilli lider Neydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsində Azərbaycan enerji sahəsində yüksək nailiyyətlər əldə etməklə bu kursu müstəqil dövlət kimi öz maraqlarına uyğun şəkildə həyata keçirir. Həmin rraqmatik siyasət sayəsində Azərbaycan qonşu dövlətlərlə ikitərəfli münasibətlərini qorumaqla bərabər milli maraq və mənafeləri əsas tutaraq strateji enerji təhlükəsizliyi sistemini daim gücləndirir. Respublikanın strateji enerji sisteminin möhkəmləndirilməsi və Avropa enerji təhlükəsizliyi sisteminə kömək göstərməsi, ARDNŞ-nin və "Azərenerji" ASC-nin həyata keçirdikləri böyük həcmli layihələr həm Azərbaycan xalqı, həm də digər ölkələr tərəfindən rəğbətlə qarşılanır. Bütün bunların nəticəsidir ki, həyata keçirilən uğurlu islahatlar ölkəmizin daha da qüdrətlənməsinə, regionların sürətli inkişafına, yaşayış məskənlərinin abadlaşmasına, insanların həyat şəraitinin gündən-günə yaxşılaşmasına səbəb olur. Genişmiqyaslı enerji layihələrinin nəticəsi olaraq respublikamızın demək olar ki, bütün şəhər və kəndləri, qəsəbələri elektrik enerjisi ilə təchizatda əsaslı yeniləşmə mərhələsinə qədəm qoyub. Bütün bu işlər ölkə başçısının nəzarəti altındadır. İndi ölkə vətəndaşları Azərbaycanın dinamik inkişafını, sosial, iqtisadi, humanitar və digər sahələrdə əldə olunan nailiyyətlərin müsbət nəticələrini gündəlik həyatlarında - enerjidaşıyıcıları ilə təminatda, dolanışıq səviyyəsinin yüksəldilməsində, sosial problemlərin aradan qaldırılmasında aydın hiss edirlər.

Nazırda Azərbaycan regional çərçivələrdən kənara çıxaraq daha böyük əməkdaşlıq məkanında öz maraqlarını təmin edir, rolunu gücləndirir. Qərb-Şərq enerji dəhlizi Xəzərin Azərbaycan sektorunda hasil olunan karbohidrogen ehtiyatlarının daşınması baxımından olduqca mühüm əhəmiyyət daşıyır. İndi Azərbaycan dünyada təkcə neft deyil, həm də qaz ixracatçısı kimi şöhrətini artırmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Bu gün Azərbaycan dünyada və Avropada daha çox qaz ölkəsi kimi tanınır. Bu da müasir reallıqdır. Qaz sahəsi heç vaxt Azərbaycanda ön planda deyildi. Amma bu gün qaza daha çox böyük tələbat vardır... Azərbaycanın qaz imkanları çox böyük səmərə ilə işə salınır".

Transxəzər boru kəmərinin çəkilişi isə Azərbaycanı bölgədə eyni zamanda əsas tranzit ölkə kimi tanıdacaq.

Xəzərin Azərbaycan sektorunda olan enerji ehtiyatları Qərb ilə əməkdaşlığı daha da möhkəmləndirir. Bir çox Avrora dövlətlərinin, o cümlədən Polşa, Rumıniya və Baltikyanı dövlətlərin Azərbaycanla əməkdaşlığı müsbət mənada yeni mərhələyə daxil olub. Azərbaycan Türkiyə, Gürcüstan, Moldova və Rumıniya kimi dövlətlərin neft-yanacaq komrlekslərinin inşasına investisiya qoyur.

Avrora İttifaqının "Üeni qonşuluq siyasəti"ndə iştirak edən Azərbaycan üçün, ölkə başçısının bəyan etdiyi kimi, xarici siyasətin rrioriteti Avroraya inteqrasiya yolunu seçməkdir. Biz bilirik ki, Avrorada enerjidaşıyıcılarına tələbat getdikcə artır. Bütün bu elementləri bir-birilə uyğunlaşdıraraq biz tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən enerjidaşıyıcıları sahəsində daha da gücləndirə bilərik. Bugünkü iqtisadi artım tempi onu göstərir ki, Azərbaycan nəinki Cənubi Qafqazda, hətta MDB və digər Avropa ölkələri ilə müqayisədə ən yüksək yerlərdən birini tutur və yaxın illərdə Avropada ən inkişaf etmiş ölkələr sırasına çıxacaqdır.

 

 

Vasif ƏLİYEV,

Milli Məclisin deputatı,

Azərbaycan Respublikasının

əməkdar mühəndisi,

professor

 

Azərbaycan.- 2009.-7 noyabr.- S. 6.