MDB Gənclər günlərinin
iştirakçıları Sumqayıtda olmuşlar
MDB Gənclər günlərinin
iştirakçılarından ibarət böyük nümayəndə
heyəti Sumqayıtda olmuşdur. Qonaqlar şəhərin
görməli yerlərini gəzmişlər.
İştirakçılar
arasında dövlət sektorunun, ictimai sektorun, habelə
yaradıcı gənclərin nümayəndələri -
musiqiçilər, fotoqraflar, rəssamlar və kulinarlar
vardır. Qazaxıstan, Belarus, Ukrayna, Moldova, Rusiya,
Qırğızıstan, Tacikistan nümayəndə heyətləri
tədbir çərçivəsində respublikamızda MDB
ölkələrinin gənclər siyasəti sahəsində
aktual məsələləri müzakirə etmək
üçün toplaşmışlar.
Üzeyir Hacıbəyli adına
Mədəniyyət sarayında MDB Gənclər günləri
çərçivəsində gənc artistlərin
iştirakı ilə böyük konsert olmuşdur.
Respublikamızı vokalçı və saksafonçu Səfurə
Əlizadə, reper Toni və müğənni Cəmil Məmmədli
təmsil etmişlər. Tamaşaçılar gənclərin
çıxışlarını hərarətlə
qarşılamışlar.
Həmin gün Gənclər və
İdman Nazirliyində nümayəndə heyətlərinin
başçıları ilə görüş
keçirilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 7noyabr.- S. 7.