Azərbaycan-Sloveniya əməkdaşlığının
inkişafı üçün
yaxşı potensial vardır
Noyabrın 9-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan Sloveniya Respublikasının Prezidenti Danilo Türkün rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət
bayraqlarının dalğalandığı
meydanda ali qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sloveniya Prezidenti Danilo Türkü və xanımı Barbara Mikliç Türkü səmimiyyətlə
qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Sloveniya Prezidentinə raport verdi.
Sloveniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Sloveniya Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Danilo Türkə, Sloveniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2009.-10 noyabr.- S. 1.