Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniya Prezidenti Danilo Türkün təkbətək görüşü

 

Noyabrın 9-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyevanın Sloveniya Respublikasının Prezidenti Danilo Türk xanımı Barbara Mikliç Türk ilə birgə görüşü olmuşdur.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniya Prezidenti Danilo Türkün təkbətək görüşü keçirilmişdir.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulandı.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinin qeyd edildiyi görüşdə Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminlik bildirildi.

Görüşdə ikitərəfli, regional beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 1.