Azərbaycan-Sloveniya sənədlərinin
imzalanması
Noyabrın 9-da geniş
tərkibdə danışıqlar
başa çatdıqdan
sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün iştirakı ilə Azərbaycan-Sloveniya sənədlərinin imzalanması
mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk "Azərbaycan Respublikası və Sloveniya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında
Birgə Bəyanat"ı imzaladılar.
"Azərbaycan Respublikası
Ərazilərinin Minalardan
Təmizlənməsi üzrə
Milli Agentliyi (ANAMA) və Sloveniya Respublikası Minatəmizləmə
və Minalardan Zərər Çəkmiş
İnsanlara Yardım üzrə Beynəlxalq Etimad Fondu arasında
Əməkdaşlıq Memorandumu"nu Azərbaycan Respublikası Ərazilərinin
Minalardan Təmizlənməsi
üzrə Milli Agentliyin direktoru Nazim İsmayılov və Sloveniya Respublikası Minatəmizləmə
və Minalardan Zərər Çəkmiş
İnsanlara Yardım üzrə Beynəlxalq Etimad Fondunun direktoru Qoran Qaçnik imzaladılar.
"Azərbaycan Respublikasının
Sənaye və Energetika Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat
Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu"nu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Sloveniyanın inkişaf və Avropa işləri üzrə naziri Mitya Qaspari imzaladılar.
"Azərbaycan Respublikasının
İqtisadi İnkişaf
Nazirliyi və Sloveniya Respublikasının
İqtisadiyyat Nazirliyi
arasında əməkdaşlıq
haqqında Memorandum"u Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Sloveniyanın inkişaf və Avropa işləri üzrə naziri Mitya Qaspari
imzaladılar.
"Azərbaycan Respublikası
hökuməti və Sloveniya Respublikası hökuməti arasında diplomatik pasportlara malik vətəndaşlara
viza tələbinin ləğv olunması haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
və Sloveniyanın inkişaf və Avropa işləri üzrə naziri Mitya Qaspari imzaladılar.
AzərTAc
Azərbaycan.- 2009.- 10 noyabr.- S. 2.