Heydər Əliyev
Fondu ilə tanışlıq
Sloveniya Respublikasının
Prezidenti Danilo Türk və xanımı Barbara Mikliç Türk noyabrın 9-da Heydər Əliyev Fondunda olmuşlar.
Sloveniya Prezidentini və xanımını Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar.
Ali qonağa Azərbaycan xalqının
ümummilli liderinin xatirəsinə yaradılmış
fondun məqsədləri
və fəaliyyəti
barədə məlumat
verildi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Sloveniya Prezidentini və xanımını ulu öndərin şəxsi
arxivindən götürülmüş
və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə
aid eksponatlar və fotoşəkillərlə
tanış etdilər.
Dövlətimizin başçısı
bildirdi ki, bugünkü qüdrətli
və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
yol ilə uğurla irəliləyir.
Müasir müstəqil
Azərbaycanın memarı
və qurucusu Heydər Əliyev azərbaycanlıların milli
qürur və iftixar mənbəyinə çevrilmiş, xalqımızın
ümummilli lideri adını qazanmışdır.
Ulu öndərin hakimiyyətdə olduğu
dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən
biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Sloveniya Prezidenti
və xanımı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını
əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə,
dünyanın tanınmış
siyasi xadimlərinin verdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və
incəsənət xadimlərinin
müstəqil Azərbaycan
dövlətinin qurucusu
haqqında fikirləri
ilə tanış oldular, müxtəlif ölkələrin liderləri
ilə görüşlərdə
çəkilmiş şəkillərə
maraqla baxdılar.
Prezident Danilo Türk fondla tanışlıqdan sonra
"Xatirə kitabı"na ürək sözlərini yazdı.
Qarşılıqlı hədiyyələr
təqdim olundu.
Dövlət başçıları
və xanımları
Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxdılar.
Ali qonaq fonddan zəngin təəssüratla ayrıldı.
AzərTAc
Azərbaycan.- 2009.- 10 noyabr.- S. 3.