8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

 

Zaman keçdikcə Bakı Metropoliteninin yeni xətləri istifadəyə verilir, texniki istismar keyfiyyəti dünya standartlarına uyğunlaşdırılır. "İçərişəhər" stansiyasının yenidən qurulması, orada müasir eskalatorların quraşdırılması uğurla başa çatdırılıb. Ötən il "Memar Əcəmi" stansiyasından sonra "Nəsimi" stansiyası istifadəyə verilib. Bu gün həmin xəttin davamı kimi "Azadlıq prospekti" stansiyası tikilir. Bu stansiyanın ardınca "Müşfiq" "Dərnəgül" elektrik deposunun işi gündəmdədir. Yaxın gələcəkdə "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışı Bakı Dövlət Universitetinin həyətinə, "Nizami" stansiyasının əlavə çıxışı isə Akademik Milli Teatrının qarşısına açılacaqdır. Yaxın vaxtlarda sərnişinlər "Sahil" stansiyasından Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsinə "İçərişəhər" stansiyasından Milli Parka çıxa biləcəklər.

 

 

Ağaəli MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 8  noyabr.- S. 12.