Murmansk vilayəti Azərbaycan jurnalistlərini ilə cəlb edir

 

Azərbaycan jurnalisti, Azərbaycan diasporunun fəal üzvü Əlihüseyn Şükürov xəbər verir ki, Azərbaycan televiziyasının çəkiliş qrupu dekabrın əvvəllərində Rusiyanın uzaq şimal-qərbinə, Murmansk vilayətinə gələcəkdir. Barents dənizləri arasında yerləşən bu şimal diyarı Xəzərin qoynundakı günəşli Azərbaycanın jurnalistlərini ilə cəlb etmişdir?

Əvvəla, Azərbaycan televiziyasının əməkdaşları burada Yeni il verilişləri hazırlayacaqlar. Şaxta babanın iqamətgahı məhz Kola yarımadasında - Monçeqorsk yaxınlığındakı məşhur Lapland qoruğunda yerləşir. Şaxta baba ilə görüş artıq planlaşdırılmışdır. Əsas məqsəd isə Rusiyanın ən çoxmillətli regionundan, - burada 120-dən çox millətin nümayəndəsi yaşayır, - söhbət açmaqdır. Məlum olduğu kimi, XX əsrdə təbii sərvətlərlə zəngin Kola yarımadasında işləmək üşün keçmiş SSRİ-nin bütün guşələrindən, o cümlədən Azərbaycandan mütəxəssislər gəlmişdilər. Həmin dövrlərdə azərbaycanlılar Şimal donanmasında xidmət edir, balıqçılıq neft-qaz sahələrində çalışırdılar.

Bu gün Azərbaycan diasporunun 25 mindən çox üzvü vardır. Onlar Rusiya Azərbaycan Konqresinin Murmansk bölməsində birləşmişlər. Murmanskda 30-a yaxın milli-mədəni icma fəaliyyət göstərir. Onlar millətlərarası festivallar keçirirlər. Murmanskda zarafatla deyirlər ki, bu bayramlarda vahid millət - şimallılar yaranmışlar. Bakıdan gələcək çəkiliş qrupu yerli xalq olan saamların qədim paytaxtı - Lovozero kəndində, Apatit şəhərində, metallurqlar diyarı Monçeqorskda, Severomorskda olacaqdır.

Bu ilin yazında Rusiya Prezidenti Dmitri Medvedevin Murmansk vilayətinə yeni təyin etdiyi qubernator Dmitri Dmitrienko ilə görüş nəzərdə tutulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10  noyabr.- S. 6.