Rəssamlıq

Şumer mədəniyyətinin zəngin qollarından birini rəssamlıq təşkil edir. On doqquzuncu yüzilliyin ikinci, iyirminci yüzilliyin birinci yarısında İkiçayarasında aparılan arxeoloji qazıntılar zamanı çoxsaylı mədəniyyət abidələri arasında həm də xeyli rəssamlıq əsərləri tapılmışdır. Bu gün həmin əsərlər Londonun, Berlinin, Parisin, Bağdadın, İstanbulun, Moskvanın, Sankt-Peterburqun, Amerika universitetlərinin muzeylərində saxlanılan ən dəyərli eksponatlardır.

Şumerdə rəssamlıq çox çətin bir şəraitdə inkişaf etmişdir. Burada daş, mərmər, ağac, metal kimi tikinti materiallarının olmadığını bilirik. Şumer rəssamları da bugünkü kimi kağız kətanla işləməmişlər. Onların əsas istifadə etdikləri material gil lövhələr olmuşdur. Əlbəttə, bugünkü texnoloji prinsiplərlə yanaşdıqda gil lövhələr üzərində yüksək bədii dəyəri olan sənət əsərləri yaratmaq çətin görünür. Lakin Şumer rəssamlarının gil lövhələr üstündəki əsərlərinə baxdıqca adamı heyrət bürüyür. Bu əsərlər bu gün ən gözəl rəssamlıq işləri olub, həm qədimliyinə, həm bədii dəyərinə görə muzeylərdə sevilə-sevilə baxılır, araşdırıcılar tərəfindən tədqiq olunur, öyrənilir.

Dörd-altı min il bundan qabaq gil lövhələr üzərində çəkilmiş bu işlərin mövzu zənginliyi, üslub rəngarəngliyi diqqəti çəkən cəhətlərdəndir. Şumer rəssamları kosmoqonik-mifoloji düşüncələrini daha çox ifadə etmişlər. Burada tanrıların portretlərinə, çarların onların qarşısında necə durduqları səhnələrə tez-tez rast gəlinir. Bundan başqa, sosial-məişət məzmunlu rəsm əsərləri az deyil. Heyvandarlıq, əkinçilik, ovçuluq kimi müxtəlif təsərrüfat sahələrindən götürülmüş maraqlı mövzularda xeyli rəssamlıq əsərləri tapılmışdır.

Şumer rəssamlığında qəhrəmanlıq mövzusu xüsusilə geniş yer tutur. Bu da təsadüfi deyil. İndiyə qədər doqquz qəhrəmanlıq dastanı tapılmışdır. Bunların hər biri ədəbi hadisədir. Şumerlər qəhrəmanlığı həmişə yüksək dəyərləndirmiş öz qəhrəmanlarının adlarını əbədiləşdirmək üçün çoxlu dastanlar, himn-öygülər, atalar sözləri s. qoşmuşlar. Şumer rəssamları da şairlərdən geri qalmamış, qəhrəmanların adlarını öz rəsm əsərləri ilə əbədiləşdirməyə çalışmışlar.

Şumer rəssamları müxtəlif rənglərdən istifadə etmişlər. Onların yaradıcılığında qara rəngin müxtəlif çalarlarından istifadə olunduğu aydın görünür. Bu rəngin bolluğu həyatın özündən gəlir. Çünki həyatda ən çox gözəçarpan qara rənglərdir. Bu iki rəngin kontrastı çox mənalar verir.

Mütəxəssislər belə düşünürlər ki, Şumer rəssamları qara rəngli boyanı qurumdan, yaxud bitumdan hazırlayırdılar. Deməli, nədən hazırlanmasından asılı olmayaraq, qara rəngin istehsalı texnologiyasını bilirdilər.

Qara rəng həmişə ağla kontrastda olur. qara rəngləri bir-birinin yanına qoyanda ağın ağlığı, qaranın qaralığı daha yaxşı görünür. Bunu Şumer rəssamları da bilirdilər, onlar qara rənglərlə öz əsərlərində zəngin süjet məzmun kontrastları yaratmağa müvəffəq olmuşlar. Şumer rəssamlarının rəngli boyanı gips ya əhəngdən hazırladıqları güman edilir. Ancaq bu materiallardan alınmış boyalar asanlıqla yuyulduğuna görə demək olar ki, onlara digər maddələr qatılmışdır.

Şumer rəssamlarının əsərlərində qara rənglərdən sonra qırmızı rəng üstünlük təşkil edir. Bəzi mülahizələrə görə, Şumer rəssamları qırmızı boyanı dəmir-oksiddən, yaxud civə-oksiddən alırlarmış. Ancaq bizim araşdırmalar göstərir ki, qırmızı rəng insanlara dəmirdən qurğuşundan daha əvvəl tanış olmuşdur. Məhz bu fakta söykənib demək olar ki, şumerlər dəmir-oksid qurğuşun-oksid onlara tanış olmadığı dövrlərdə başqa materiallardan qırmızı boya almağı bacarırlarmış.

Şumer rəssamlarının sevdikləri rənglərdən biri mavi olmuşdur. Bu rəng ən qədim dövrlərdə ab adlanmışdır. Abı rəng çaları bu gün dilimizdə qalmışdır. Göy rəng göy sözü sonradan abının (mavinin) bir çaları kimi yaranmışdır. Yaşıl rəngin yaşı da azdır. Onu da göy rəngin bir törəməsi adlandırmaq olar. Şumer rəssamlarının əsərlərində sarı rəngə daha az rast gəlinir.

Şumerlər rənglərin keyfiyyətini artırmaq, ömrünü uzatmaq üçün boya hazırladıqları materiallara rəngli mineralları suda həll edərək onların məhlullarını, yumurta sarısı süd qatmışlar. Bu deyilənlər alınmış boyaların möhkəmliyini artırmış, onlara parlaqlıq vermiş uzunömürlülüyünü təmin etmişdir. Hamıya bəllidir ki, qədim türk memarlığında yumurta sarısından yapışdırıcı material kimi geniş istifadə olunmuşdur. Ümumiyyətlə, Şumer rəssamlarının boyaalma üsulları texnologiyaları hələlik yetərincə öyrənilməmişdir.

Şumer rəssamlarının istifadə etdikləri rənglərin yuxarıda sadaladığımız ardıcıllığında onların etnik kosmoqonik dünyagörüşləri ilə sıx bağlılıq var. Dünya başlanğıcda yalnız xaosdan - sudan ibarət olmuşdur. rəng həmin xaosu - suyu göstərir. Sonra dünya yarandı, yer göy bir-birindən ayrıldı. Yer, torpaq qara rəngin həm yaranma qaynağı, həm təmsilçisi oldu. Dilimizdə bu gün işlənən "ayıbını qara yer örtsün", "səni qara yerə soxum", "üzü torpaqdan da qaradır" ifadələri qara rəngin torpaqla, yerlə bağlılığını göstərir. Yerlə göy bir-birindən ayrılanda üçüncü rəng - abı (mavi, göy) yarandı. Bu, havanın rəngi idi. Qırmızı rəng odun, alovun rəmzidir. Bu rəng Günəşin adıyla bağlıdır. Günəş yerlə göydən sonra yaranmışdır. Qırmızı rəngin dördüncü sırada yer alması da təsadüfi deyil.

Şumer qaynaqlarının hərtərəfli təhlili dörd rəngin dörd həyat ünsürü ilə bağlı olduğunu söyləməyə əsas verir. Şumer rəssamlarının əsərlərinin öyrənilməsi bu baxımdan da böyük önəm daşıyır.

Bir sözlə, Şumer rəssamlarından bizə çoxlu sayda gözəl əsərlər gəlib çatmışdır. Dünya rəssamlığının tarixi məhz Şumerdən qaynaqlanır.

 

 

İslam SADIQ,

filologiya elmləri namizədi

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 11.