Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

 

Noyabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə komissiyanın 2009-cu il 3 noyabr tarixli iclasının protokolu təsdiq olunmuşdur. Sonra Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təyin olunmuş məşvərətçi səs hüquqlu üzvun təsdiqi barədə qərar qəbul edilmişdir.

Mərkəzi Seçki Komissiyası 2009-cu il dekabrın 23- təyin edilmiş bələdiyyə seçkilərində Demokratik Azərbaycan Dünyası, Müasir Müsavat Müsavat partiyalarının səlahiyyətli nümayəndələrinin təsdiq olunması barədə qərar qəbul etmişdir.

Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin mətni, forması, sayı hazırlanması qaydalarına dair məsələyə baxmışdır. MSK qərara almışdır ki, 2009-cu il dekabrın 23- təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar mövcud bələdiyyələr üzrə bir-bir ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilmiş, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas ya xidmət yeri, onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar, yaxud siyasi partiyaların blokları tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, öz təşəbbüsü ilə ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni forması təsdiq edilsin. Eyni zamanda, qərara alınmışdır ki, respublika üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmaqla, cəmi 4 729 681 ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.

İclasda ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ), Milli Demokratiya İnstitutunun təmsilçiləri kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 9.