Azərbaycan-Sloveniya əməkdaşlığının inkişafı üçün yaxşı potensial vardır

 

Xəbər verdiyimiz kimi, noyabrın 9-da "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyevanın adından Sloveniya Prezidenti Danilo Türkün xanımı Barbara Mikliç Türkün şərəfinə rəsmi ziyafət verilmişdir.

Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli xanım Barbara Mikliç Türk!

Xanımlar cənablar!

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayır "Xoş gəlmisiniz!" deyirəm. Bu gün Sloveniya ilə Azərbaycan arasında münasibətlərin yeni səhifəsi açılır. Sizin Azərbaycana ilk səfəriniz ikitərəfli münasibətlərimizdə mühüm hadisədir. Mən bu səfəri yüksək qiymətləndirir onun ölkələrimiz arasında təşəkkül tapmış dostluq əməkdaşlıq münasibətlərinin yeni mərhələsinə zəmin yaradacağına inanıram. Şübhə etmirəm ki, keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi, habelə imzalanmış sənədlər iki ölkənin adamlarının sabah təşkil olunacaq biznes forumu qarşılıqlı fəaliyyət üçün yeni sahələri müəyyən edəcək, əlaqələrimizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Qeyd etmək istəyirəm ki, Sloveniya Avropa ölkələri arasında Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Tarixdə bizim xalqları birləşdirən ümumi məqamlar çoxdur. İkinci Dünya müharibəsi illərində - alman faşizminə qarşı mübarizədə sloveniyalılarla birlikdə Azərbaycan xalqının qəhrəman övladları da fəal iştirak etmişlər. Sloveniyalılarla çiyin-çiyinə vuruşmuş Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadə Sloveniyada həlak olmuş onun şərəfinə orada abidə ucaldılmışdır.

Sloveniya ilə Azərbaycanın müstəqillik tarixi oxşardır. Uzun müddət başqa dövlətlərin tərkibində olmuş dövlət müstəqilliyini təxminən eyni vaxtda qazanmış ölkələrimiz son illərdə böyük sınaqlardan uğurla çıxmışlar. Əlamətdar haldır ki, artıq münasibətlərimiz möhkəmlənir genişlənir. Ölkələrimiz arasında ticarət-iqtisadi, sənaye energetika, mədəniyyət turizm, təhsil, informasiya texnologiyaları, sərmayə qoyuluşu digər sahələrdə yaxşı əməkdaşlıq imkanları vardır. Düşünürəm ki, biz birgə səylərimizlə bu imkanları reallaşdıra bilərik.

Azərbaycan Sloveniya ilə həm ikitərəfli əsasda, həm beynəlxalq regional təşkilatlar, eləcə Avropa İttifaqı, ATƏT NATO çərçivəsində sıx əməkdaşlığa xüsusi əhəmiyyət verir. Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsü əməkdaşlığımız üçün yeni perspektivlər açır.

Azərbaycan son illər ərzində sürətli inkişaf yolu keçmişdir. Ötən beş ildə iqtisadiyyatımız 2,6 dəfə artmışdır. Bunun nəticəsidir ki, dünyada hökm sürən maliyyə böhranına, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, bu ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatı 6,1 faiz artmışdır. Eyni zamanda, irimiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi nəticəsində Böyük İpək Yolunun bərpası, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması, eləcə Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində səylərimiz artıq öz bəhrəsini verməkdədir.

Bütün bunlar sübut edir ki, regionumuzun dinamik inkişafı üçün hər cür şərait vardır. Lakin təəssüf olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ davam etməsi regionun çiçəklənməsi yolunda böyük maneə olaraq qalır. Belə ki, Ermənistanın hərbi təcavüzü etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, ölkədə 1 milyondan çox qaçqın məcburi köçkün yaranmışdır. Dünya birliyi beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO digər beynəlxalq təşkilatların müvafiq qərar qətnamələri vardır. Bu münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Hörmətli cənab Prezident!

İcazə verin, Azərbaycana rəsmi səfərinizə böyük əhəmiyyət verdiyimi bir daha ifadə edim bu badəni Sizin sağlığınıza, xanımınızın sağlığına, Sloveniya ilə Azərbaycan arasında səmimi dostluq faydalı əməkdaşlıq əlaqələrinin inkişafının şərəfinə qaldırım.

 

* * *

 

Sloveniya Prezidenti Danilo TÜRK təşəkkür edərək dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli xanım Əliyeva!

Xanımlar cənablar!

Əziz dostlar!

Bizi salamlamaq üçün söylədiyiniz xoş sözlərə görə çox sağ olun. İcazə verin, sizin XII əsrdə yaşamış məşhur şairiniz Nizami Gəncəvidən bir sitat gətirim: "Qəlbdən deyilən söz qəlbə yol tapır". Azərbaycan Respublikasına rəsmi səfər etmək üçün dəvət almağımdan yüksək dərəcədə məmnun oldum. İcazə verin, nümayəndə heyətimlə birlikdə gözəl paytaxtınız Bakıda qaldığım müddətdə bizə göstərilən səmimi münasibətə qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirim. Bizim üçün bu səfər ölkənizin əldə etdiyi qeyri-adi tərəqqi ilə birbaşa tanışlıq üçün nadir fürsətdir. Bu tərəqqi sadəcə böyük təbii sərvətlərə əsaslanmır, o həm xalqınızın xüsusi novatorluq yaradıcılıq bacarıqlarının, eyni zamanda cənab Prezident, Sizin sələfiniz, müasir Azərbaycanın qurucusu mərhum Prezident Heydər Əliyevin baxışının nəticəsidir.

Sloveniya Prezidenti Danilo Türk dedi ki, xalqlarımızın oxşar tarixi qarşılıqlı anlaşma əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. "Sloveniya Azərbaycan təkcə iki dost ölkə deyildir. Demək olar ki, onlar müəyyən cəhətdən həmyaşıddırlar", - deyən Danilo Türk bu il ölkələrimizin müstəqilliklərinin 18-ci ildönümünün qeyd edildiyini bildirdi. Ali qonaq dedi ki, xalqlarımız arasındakı əlaqələrin uzun tarixi kökləri vardır. İkinci Dünya müharibəsinin ağır illərində Sloveniya xalqı sloven torpağında faşizmə qarşı mübarizə apararaq həyatını qurban vermiş azərbaycanlı döyüşçülərin göstərdiyi şücaəti xüsusi minnətdarlıqla xatırlayır. Sloveniya Prezidenti ölkəsinin Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq sahəsindəki inkişafa dostluq hörmət hissi ilə yanaşdığını da diqqətə çatdıraraq bildirdi:

- Sloveniya Azərbaycan rəhbərliyinin Tərəfdaşlıq Əməkdaşlıq Sazişi, Fəaliyyət Planı, Avropa Qonşuluq Siyasəti "Şərq tərəfdaşlığı"nın əsas məqsədlərinin həyata keçirilməsindən irəli gələn çağırışların həllində zəruri islahatların həyata keçirilməsində tutduğu qətiyyətli mövqeyini alqışlayır. Sloveniya Avropa İttifaqı Qafqazdakı qonşularla daha yaxın əməkdaşlığa çalışır. Bu məqsədlə biz qitəmizdə davamlı sülh, sabitlik, təhlükəsizlik rifahı təmin edəcək bu əməkdaşlığın təşviqini intensivləşdirməliyik. Həm Sloveniya, həm Azərbaycan ölkələrimiz xalqlarımız arasında yaxşı qonşuluq əlaqələrini, təhlükəsizliyi əməkdaşlığı, eləcə qarşılıqlı hörməti gücləndirmək üçün əlindən gələn səyləri göstərir. Biz ölkənizin həmin məqsədlərin həyata keçirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk. Regionda mühüm rol oynayan sabit müvəffəqiyyətli Azərbaycan Avropa bütün dünya üçün müstəsna əhəmiyyət kəsb edir.

Biz, həmçinin ölkənizin müasir tarixində üzləşdiyi faciəli hadisələrlə tanışıq. Lakin əminik ki, Azərbaycan yaradıcı açıq dialoq vasitəsilə bu günə qədər göstərdiyi eyni əzmkarlıqla mürəkkəb ağrılı Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə ədalətli həllinə töhfəsini davam etdirəcəkdir. Biz inanırıq ki, beynəlxalq hüquqa əsaslanan ədalətli həll variantına nail olunacaq qaçqınlar öz evlərinə qayıtmaq imkanı əldə edəcəklər.

Danilo Türk ümidvar olduğunu bildirdi ki, Sloveniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq ən qısa vaxtda daha da inkişaf edəcək zənginləşəcəkdir.

Sloveniya Prezidenti ölkələrimizin mədəniyyət iqtisadiyyat sahələrində əməkdaşlığının daha da gücləndirilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, iqtisadi əməkdaşlıq baxımından ölkələrimizin potensialı böyükdür. "Səfər çərçivəsində məni müşayiət edən sloveniyalı adamları ölkənizin etimadına dəstəyinə arxalanır", - deyən Sloveniyanın dövlət başçısı yüksək qonaqpərvərliyə görə təşəkkür edərək bildirdi ki, qarşılıqlı əməkdaşlıq sülh, təhlükəsizlik, sabitlik inkişaf kimi ortaq məqsədlərə nail olmağa xalqlarımızın rifahının təmin olunmasına töhfə verəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 noyabr.- S. 1.