Anqola Respublikasının Prezidenti zati-aliləri cənab Joze Eduardu Duş Santuşa

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Anqola Respublikası arasında təşəkkül tapmış münasibətlər daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 3 noyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 11 noyabr.- S. 1.