Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 555; 2003-cü il, ¹ 3, maddə 153, ¹ 10, maddə 570; 2005-ci il, ¹ 2, maddə 69, ¹ 4, maddələr 301, 307, ¹ 8, maddə 721, ¹ 10, maddə 919, ¹ 12, maddələr 1104, 1117; 2006-cı il, ¹ 7, maddə 591, ¹ 9, maddə 743, ¹ 11, maddə 945, ¹ 12, maddə 1057; 2007-ci il, ¹ 6, maddə 618, ¹ 8, maddələr 759, 765, ¹ 10, maddə 943, ¹ 11, maddələr 1098, 1106; 2008-ci il, ¹ 8, maddə 718, ¹ 9, maddə 799, ¹ 11, maddə 969, ¹ 12, maddə 1059; 2009-cu il, ¹ 2, maddə 64, ¹ 3, maddə 163; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 143 nömrəli və 7 avqust tarixli 145 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin “Dövlət rüsumunun məbləği (manatla)” sütununun 55-ci bəndində “3000" rəqəmi ”150" rəqəmi ilə, 56.2-ci bəndində isə “2000" rəqəmi ”220" rəqəmi ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 noyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 11 noyabr.- S. 1.