“Əmək pensiyaları
haqqında” Azərbaycan
Respublikasının Qanununa
dəyişikliklər və
əlavələr edilməsi
barədə
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 3, maddə 208; ¹ 12, maddə 1019; 2007-ci il, ¹ 12, maddə 1194; 2008-ci il, ¹ 4, maddə 254, ¹ 6, maddə 464, ¹ 7, maddə 602, ¹ 8, maddələr 699, 710; 2009-cu il, ¹ 6, maddələr 395, 399) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 7-ci maddə üzrə: 1.1. “5 il” sözləri “12 il” sözləri ilə əvəz edilsin;
1.2. Aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.”.
2. 8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası
8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
8.3. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.".
3. 10.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:
SH = PSK/T, burada:
SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;
PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);
T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.".
4. 12.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.”.
5. 13.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:
SH = PSK/(TxK), burada:
SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);
T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;
K - sığorta davamiyyəti əmsalıdır.".
6. 14.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“14.1.2. ata, ana, ər, arvad bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə;”.
7. 19-cu maddə üzrə:
7.1. 19.2.4-cü maddədə “müharibə iştirakçılarına” sözlərindən sonra mötərizədə “Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla” sözləri, 19.2.5-ci maddədə “müharibə əlillərinin” sözlərindən sonra mötərizədə “Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla” sözləri əlavə edilsin;
7.2. 19.2.6-cı maddədə “19.2.5-ci” sözləri “19.2.6-cı” sözləri ilə əvəz edilsin;
7.3. aşağıdakı məzmunda 19.2.6-cı maddə əlavə edilsin və 19.2.6-cı maddə müvafiq olaraq 19.2.7-ci maddə hesab edilsin:
“19.2.6. Böyük Vətən müharibəsi iştirakçıları və əlillərinə:
- müharibə iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) - yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində;
- I qrup əlillərə - yaşa görə əmək pensiyasının baza hissəsinin 140 faizi məbləğində;
- II qrup əlillərə - yaşa görə əmək pensiyasının baza hissəsinin 110 faizi məbləğində;
- III qrup əlillərə - yaşa görə əmək pensiyasının baza hissəsinin 90 faizi məbləğində. “.
8. 26.2-ci maddə və həmin maddənin “Qeyd” hissəsi çıxarılsın. 9. 27-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Bu qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. ”.
10. 29.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“29.1. Yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır.”.
11. 32-ci maddə üzrə:
11.1. 32.2-ci maddədə “62 yaşından yuxarı əlil kişilərə və 57 yaşından yuxarı əlil qadınlara” sözləri “bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə” sözləri ilə əvəz edilsin;
11.2. 32.3-cü maddədə “62 yaşına çatmış kişilərə və 57 yaşına çatmış qadınlara” sözləri “bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə” sözləri ilə əvəz edilsin.
II. Bu qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 11 noyabr.- S. 3.