“Əmək pensiyaları
haqqında” Azərbaycan
Respublikasının Qanununa
dəyişikliklər və
əlavələr edilməsi
barədə” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi haqqında
“Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər və əlavələr edilməsi
barədə" Azərbaycan Respublikasının 2009-cu il 27
oktyabr tarixli 904-IIIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-IIIQD nömrəli
Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz
səlahiyyətləri daxilində
“Əmək pensiyaları
haqqında” Azərbaycan
Respublikasının Qanununa
dəyişikliklər və
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikasının 2009-cu il
27 oktyabr tarixli
904-IIIQD nömrəli Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
2. “Əmək
pensiyaları haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 6 mart tarixli
377 nömrəli fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006-cı il, ¹3, maddə 228) 2.3-cü bəndindən
“27.2-ci,” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 noyabr 2009-cu il
Azərbaycan.- 2009.- 11 noyabr.- S. 3.