"İslamda mədəniyyət
və gözəllik amili" mövzusunda beynəlxalq konfrans başa çatmışdır
"Bakı İslam mədəniyyətinin paytaxtı - 2009" mədəniyyət ili çərçivəsində Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində "İslamda mədəniyyət və gözəllik amili" mövzusunda beynəlxalq elmi-praktiki konfransa noyabrın 10-da yekun vurulmuşdur.
Mədəniyyət və Turizm Nazirliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 9 ölkənin (Rusiya, Misir, Albaniya, İordaniya, Türkiyə, Macarıstan və s.) 15 elmi-tədqiqat və ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.
Konfransda "İslam şəriətində
dilin gözəllikləri",
"Müsəlman dünyasında
ilk dünyəvi qız məktəbi",
"Azərbaycan-İSESKO elmi-mədəni əməkdaşlığında
Mehriban xanım Əliyevanın rolu",
"Azərbaycan folkloru
islam kontektsində",
"İslamda qadına
verilən dəyər
və qadın hüquqlarının müdafiəsi",
"İslamı necə
düzgün anlamaq",
"İçərişəhər mədəniyyət abidələri"
və digər mövzularda məruzələr
dinlənilmişdir.
Bildirilmişdir ki, Azərbaycanda islam mədəniyyəti və
mənəviyyatının dərin kökləri vardır. Son illərdə ölkəmizdə
YUNESKO-nun və İSESKO-nun dəstəyi
ilə keçirilən
konfrans və simpoziumların uğurla nəticələnməsi 2009-cu ildə islam mədəniyyətinin paytaxtı
elan edilmiş Bakını dini tolerantlıq nümunəsinə
və sivilizasiyalararası
dialoqun baş tutduğu məkana çevirmişdir.
Vurğulanmışdır ki,
bütün bu işlər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsu ilə
reallaşmış və
Azərbaycanın birinci
xanımının fəaliyyəti
nəticəsində mədəni
irsin qorunması istiqamətində
mühüm uğurlar
əldə olunmuşdur.
Azərbaycan.- 2009.- 11 noyabr.- S. 4.