Sloveniya Prezidenti Danilo Türk Azərbaycanın Baş
naziri Artur Rasizadə ilə görüşmüşdür
Azərbaycanda rəsmi səfərdə
olan Sloveniya Prezidenti Danilo Türk noyabrın 10-da onun
üçün ayrılmış iqamətgahda Baş nazir
Artur Rasizadə ilə görüşmüşdür.
Sloveniya dövlətinin
başçısı səfəri çərçivəsində
Azərbaycan Prezidenti İlham Əliyev ilə
aparılmış danışıqları yüksək qiymətləndirərək
vurğulamışdır ki, həmin danışıqlar
bütün sahələrdə ikitərəfli əlaqələrin
genişlənməsinə xidmət edəcəkdir.
Prezident Danilo Türk Sloveniya-Azərbaycan
əməkdaşlığının perspektivlərindən
bəhs edərək səfər zamanı imzalanmış
ikitərəfli sənədlərin qarşılıqlı
faydalı münasibətlərin daha da inkişaf etdirilməsi
üçün əhəmiyyətini
vurğulamışdır.
Baş nazir Artur Rasizadə ali
qonağa son illərdə Azərbaycanda həyata
keçirilmiş iqtisadi islahatlar barədə məlumat
vermiş, siyasi və iqtisadi sabitlikdən
danışmışdır. Azərbaycan hökumətinin
başçısı əmin olduğunu bildirmişdir ki,
Sloveniya dövlətinin başçısının Azərbaycana
rəsmi səfəri ölkələrimiz arasında bir
çox sahələrdə əməkdaşlığın
genişləndirilməsinə təkan verəcəkdir.
Azərbaycan.- 2009.- 11 noyabr.- S. 5.