İran parlamentinin
nümayəndə heyəti
Talassemiya Mərkəzində
olmuşdur
Noyabrın 10-da Azərbaycanda
səfərdə olan
İran parlamentinin nümayəndə heyəti
Talassemiya Mərkəzində
olmuşdur. Mərkəz
barədə qonaqlara məlumat verilərək bildirilmişdir ki, Heydər Əliyev Fondunun "Talassemiyasız
həyat naminə"
proqramı çərçivəsində
inşa olunan müalicə ocağı
talassemiya xəstəliyinə
düçar olanlar və onların yaxınları üçün
ümid yeridir. Burada gün ərzində 40-50 xəstə
qəbul edilir.
Hazırda ölkəmizdə
min nəfərədək
talassemiyalı xəstə
vardır və onlardan 700 nəfərə
yaxını daimi nəzarət altındadır.
Mərkəzdə xəstəliyin
aşkar edilməsi üçün xüsusi
poliklinika da fəaliyyət göstərir.
Mərkəzin üç
regional şöbəsi
var.
Qonaqlar ikinci mərtəbədə yerləşən
transfuziya zalı və 12 otaqdan ibarət klinika, manipulyasiya, ümumi laboratoriya, şüa diaqnostikası otaqları ilə tanış olmuşlar. Nümayəndə
heyətinin üzvləri
transfuziya zalında müalicə alan uşaqlar və onların valideynləri ilə görüşmüş,
xəstələrin vəziyyəti
ilə maraqlanmışlar.
Qonaqlar mərkəzin
reanimasiya palatasına,
manipulyasiya və cərrahiyyə əməliyyatı
otaqlarına, kitabxanaya,
internet otağına baxmışlar.
Nümayəndə heyətinin üzvləri Talassemiya Mərkəzinin fəaliyyətindən
məmnun qaldıqlarını
bildirmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 11 noyabr.- S. 6.