Lənkəranda "Kütləvi informasiya vasitələrinin inkişafında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rolu" mövzusunda regional konfrans

 

Noyabrın 10-da Lənkəran şəhərindəki Heydər Əliyev İdarəçilik Universitetində "Kütləvi informasiya vasitələrinin inkişafında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rolu" mövzusunda regional konfrans keçirilmişdir.

Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı Cəlilabad rayonlarında nəşr olunan qəzet jurnalların redaktorlarının, cənub bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçilərinin, rayonun idarə, müəssisə təşkilat rəhbərlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ölkənin inkişafında kütləvi informasiya vasitələrinin rolundan, ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıdan danışmış, mətbuata dövlət qayğısının bu gün Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq rayonda görülən işlər, həyata keçirilən irimiqyaslı layihələr barədə iştirakçılara məlumat verən S.Mikayılov bu dövrdə rayonda 24 mindən artıq yeni yerinin açıldığını bildirmişdir.

Konfransda mövzu ilə bağlı çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli fondun yaranmasından söhbət açaraq bildirmişdir ki, Azərbaycan Prezidentinin 2009-cu il 4 aprel tarixli sərəncamı ilə yaradılan KİVDF-nin Müşahidə Şurasının 9 nəfərdən ibarət üzvü vardır. Fond kütləvi informasiya vasitələrinin inkişafına yardım üçün dövlət tərəfindən 1 milyon 300 min manat vəsait ayrılmışdır.

Milli Mətbuat Günü fond tərəfindən kütləvi informasiya vasitələrinə 400 min manat yardım edilmişdir. Fondun KİV-lər arasında keçirdiyi yaradıcılıq müsabiqəsinə 120 təşkilat qoşulmuş onlardan 55-i qalib hesab edilmişdir.

Jurnalistlərin peşə fəaliyyəti ilə bağlı fond iki layihə həyata keçirir. Fərdi jurnalistlər üçün 38 mövzu üzrə müsabiqə elan edilmişdir. İki ən yüksək bal toplayan jurnalist qalib elan edilərək onların hər birinə min manat məbləğində mükafat veriləcəkdir.

Region mətbuatının inkişaf perspektivlərindən söhbət açan V.Səfərli bölgələrdə mətbəələrin inşa ediləcəyini bildirmişdir.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Mirzəyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Olaylar" İnformasiya Agentliyinin "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Bakı-xəbər" qəzetinin redaktoru Aydın Quliyev mövzu ilə bağlı çıxış edərək fondun məqsəd vəzifələrindən, həyata keçiriləcək layihələrdən danışmış, ölkə mətbuatının indiki durumu barədə iştirakçılara məlumat vermişlər.

Cənub bölgəsində fəaliyyət göstərən KİV-lərin nümayəndələri konfransda çıxış edərək üzləşdikləri problemlərdən danışmış, region mətbuatının inkişafı ilə bağlı təkliflərini söyləmiş, ölkəmizdə mətbuatın inkişafına onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

 

 

Azərbaycan.- 2009.-11  noyabr.- S. 6.