Azərbaycan Prezidenti İlham Əliyev İslam Konfransı Təşkilatının baş
katibi Ekmələddin
İhsanoğlunu qəbul
etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 11-də İslam Konfransı Təşkilatının
baş katibi Ekmələddin İhsanoğlunu
qəbul etmişdir.
Ekmələddin İhsanoğlu
yenidən Azərbaycana
səfərindən məmnunluğunu
bildirdi. O, Bakıda keçirilən "Sivilizasiyalararası
dialoq: Azərbaycandan baxış" beynəlxalq
konfransının əhəmiyyətini
vurğuladı.
Dövlətimizin başçısı
bu mövzu ilə bağlı ölkəmizdə mütəmadi
olaraq mötəbər
konfransların keçirilməsinin
önəmini qeyd etdi.
Görüşdə Azərbaycan ilə İslam Konfransı Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.- 2009.- 12 noyabr.- S. 1.