Bakı şəhərinin enerji təchizatının
yaxşılaşdırılması ilə bağlı bəzi
tədbirlər haqqında
Bakı şəhərinin
elektrik şəbəkəsinin müasir avadanlıq və
yeni texnologiyanın tətbiqi ilə yenidənqurulmasını,
paytaxtda payız-qış mövsümündə əhalinin
və iqtisadiyyatın elektrik enerjisinə olan tələbatının
etibarlı şəkildə ödənilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının 2009-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan "Bakıelektrikşəbəkə"
Açıq Səhmdar Cəmiyyətinə nizamnamə
kapitalının artırılması üçün 10,0
(on) milyon manat məbləğində vəsait
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci bəndində nəzərdə tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 noyabr 2009-cu il
Azərbaycan.- 2009.- 12 noyabr.- S. 1.