Bakıda "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Noyabrın 11-də Bakıda Azərbaycan Diplomatik Akademiyasının (ADA) İslam Konfransı Təşkilatının (İKT) Baş Katibliyi ilə birgə təşkil etdiyi "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfrans İKT-nin 40 illik yubileyinə həsr olunmuşdur.

Konfransda 41 ölkədən və 3 beynəlxalq təşkilatdan 200-dək elm xadimi, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və bir çox ölkələrin yüksək səviyyəli dövlət məmurları iştirak etmişlər.

Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Azərbaycanın mədəniyyətlərarası və xalqlararası dialoq sahəsində xeyli iş gördüyünü söyləmişdir. Belə tədbirlərin paytaxtımızda keçirilməsi də əhəmiyyətlidir. Bakı bu sahədə önəmli rol oynayır.

İKT-nin BMT-dən sonra dünyada ən böyük təşkilat olduğunu vurğulayan Hafiz Paşayev bildirdi ki, təşkilat dünyada ədalətsizliyə son qoymaq üçün böyük işlər görür.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə çıxışında bildirmişdir ki, humanist İslam dəyərləri zəngin milli ənənələrimizdən formalaşan nadir Azərbaycan modeli müasir dünya üçün qiymətli örnək ola bilər. QMİ sədri bu məsələdə Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd etmişdir.

O demişdir ki, Azərbaycan İslam dünyasının ayrılmaz hissəsidir İslam Konfransı Təşkilatına (İKT) daxil olduğu vaxtdan qurumun layiqli üzvlərindən biri olduğunu sübut etmişdir.

Azərbaycan təşkilatın üzvü olduğu vaxtdan Dağlıq Qarabağ məsələsi ilə bağlı İKT-nin daimi dəstəyini hiss edir. Azərbaycan rəhbərliyi İKT-nin üzvü olan ölkələrlə yaxınlaşma kursunu aparır bu qurum çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edir.

Beynəlxalq konfransda çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdir ki, ölkəmiz İKT- daxil olduğu vaxtdan öz xarici siyasətində bu təşkilatın böyük töhfəsini görmüşdür. Dağlıq Qarabağ məsələsi hər zaman təşkilatın gündəliyində olmuşdur. Təşkilat müntəzəm olaraq Azərbaycanın işğal olunmuş ərazilərində mədəni-dini abidələrin məhv edilməsi məsələsini qaldırır.

Azərbaycanın 2014-cü ildə İslam Konfransı Təşkilatının növbəti sammitinin Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini xatırladan E.Məmmədyarov vurğulamışdır ki, ölkəmiz İKT çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini vermək üçün əlindən gələni edəcəkdir.

Azərbaycanın Avrasiyada xüsusi geosiyasi mövqe tutduğunu qeyd edən nazir demişdir ki, bu, ölkəmizin sivilizasiyalararası dialoqa töhfəsində mühüm rol oynamışdır.

İKT-nin baş katibi Ekmələddin İhsanoğlu Azərbaycanın böyük sivilizasiyalar arasında əməkdaşlıq sahəsində simvola çevrildiyini vurğulayaraq bildirmişdir ki, bu amil ölkəmizin yerləşdiyi coğrafi məkan, həm burada müxtəlif mədəniyyətlərin qovuşması ilə əlaqədardır.

E.İhsanoğlu təşkilatın tarixi haqda danışaraq bildirmişdir ki, İKT-nin 57 üzvü, 4 müşahidəçi üzvü vardır qurum 1 milyarddan çox müsəlman əhalisini əhatə edir.

O demişdir ki, İKT müasirliyə, tolerantlığa çox fikir verir. Təşkilatımız sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsi, insan hüquqlarının qorunması uğrunda durmadan aparır.

Beynəlxalq tədbirdə dini mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi, dinlərarası dialoqun qarşılaşdığı problemlər İslam geosiyasəti kimi mövzular üzrə elmi müzakirələr aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 noyabr.- S. 8.