Azərbaycan-Tacikistan əməkdaşlığının
aktual məsələləri müzakirə edilmişdir
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən bildirmişlər ki, nazir Elmar Məmmədyarov
Tacikistan xarici işlər nazirinin birinci müavini Abdullo
Yuldaşevlə görüşmüşdür.
Görüşdə Azərbaycan-Tacikistan
münasibətlərinin mövcud durumu müzakirə
edilmiş, əlaqələrin inkişaf etdirilməsi istiqamətində
atılacaq addımlar ətrafında fikir mübadiləsi
aparılmışdır. Tərəflər ölkələrimiz
arasında sıx siyasi və iqtisadi əlaqələrin
mövcud olduğunu bildirmiş və bu münasibətlərin
daha da genişləndirilməsinin vacibliyini qeyd etmişlər.
İki ölkə arasında beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığın
davam etdirilməsi və gücləndirilməsinin zəruriliyinə
də xüsusi önəm verilmişdir. Bu məqsədlə
2010-cu ildə Azərbaycan və Tacikistan Xarici İşlər
nazirlikləri arasında siyasi məsləhətləşmələr
məqsədi ilə görüş keçirilməsinə
hazırlıq görülməsi qərara
alınmışdır.
Sonra tərəflər Orta Asiya, Əfqanıstan
və Cənubi Qafqazda gedən proseslər,
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparmışlar.
Azərbaycan.- 2009.- 12 noyabr.- S. 10.