Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü

 

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olmuşdur.

 

Prezident Aleksandr LUKAŞENKO Azərbaycan dövlətinin başçısına müraciət edərək dedi:

- İlham Heydər oğlu, Sizinlə yenidən bu cür rəsmi şəraitdə görüşürük. Mən bunu ona görə xüsusi vurğulayıram ki, bizim işgüzar görüşlərimizin sayı kifayət qədər çoxdur. Biz tez-tez ünsiyyətdə oluruq bu, sadəcə, dostcasına ünsiyyət deyildir. Bu, bizim görüşlərə xas olan cəhətdir. Belarusda bunu hamı bilir. Lakin bu, həm çox cəhətdən işgüzar danışıqlardır. Qeyd etmək istərdim ki, Sizin gəlişinizə hazırlaşarkən mən görüşlərimizin xüsusiyyətinin nədən ibarət olması barədə düşünürdüm. Axı Siz dövlət rəhbərləri, dövlət başçıları ilə görüşürsünüz, mən . Bilirsiniz, bizim razılaşmaların yüksək səmərəliliyini görmək mənə xoş idi - əvvəllər mən bu barədə fikirləşməmişdim. Praktik olaraq biz barədə razılığa gəlmişiksə, hamısı həll olunub. Son dövrlərdə ticarət dövriyyəsinin 11 dəfə artması bunun nəticəsidir. Lakin Sizin Baş nazirin birinci müavini Belarusda səfərdə olarkən biz həmin problemi müzakirə etdik birmənalı şəkildə qeyd etdik ki, bu, bizi təmin edən əmtəə dövriyyəsi deyildir. Bizim kimi ölkələr iki-üç il müddətində beş yüz milyonluq həddi asanlıqla aşa bilər. Bunun rəhni odur ki, maliyyə-iqtisadi böhran şəraitində hər yerdə əmtəə dövriyyəsinin azaldığı bir vaxtda, bizdə əmtəə dövriyyəsinin həcmi keçənilki səviyyə ilə müqayisədə təqribən 110 faiz olmuşdur. Yaxşı dinamikadır. Bu, birincisi.

İkincisi, biz bu gün hansı istiqamətlər üzrə irəliləmək mümkün olacağını müəyyənləşdirə bilmişik. Bildiyiniz kimi, qarşılıqlı münasibətlərdə, ticarət-iqtisadi münasibətlərdə bu, əsas məsələdir. Bəzən hər iki tərəfin potensial imkanları olur. Lakin onlar həmin potensialı cəmləşdirə bilmirlər. Biz dəqiq razılığa gəlmişik müasir metodlarla işləyirik. Biz müştərək istehsalatlar yaradırıq. Biz daxili bazarlarımız üçün işləyirik kifayət qədər məhsul istehsal etdiyimiz təqdirdə üçüncü dövlətlərin bazarlarına çıxırıq. Bu, yaxşı perspektivdir. Ona görə biz bu istiqamətdə hərəkət etmək əzmindəyik. Biz görürük ki, razılaşdırdığımız layihələri Siz Azərbaycanda dəstəkləyirsiniz. Bu, bizi qane edir razı salır. Buna görə Siz əmin ola bilərsiniz ki, razılığa gəldiyimiz bütün məsələlər sözsüz yerinə yetiriləcəkdir.

Yəqin ki, biz başqa məsələləri müzakirə edəcəyik. Mən Sizə Ukrayna rəhbərliyi ilə mənim son görüşüm barədə məlumat vermək istəyirəm. Bizim ümumi layihələrimiz ola bilər. Ona görə mən bu gün Sizi özünüzə doğma saydığınız şəhərdə böyük məmnuniyyətlə qəbul edirəm. Görürəm ki, bu şəhər Sizin xoşunuza gəlir. Siz yaxşı dincəlmisiniz. Buna görə biz yaxşı işləyə bilərik.

 

* * *

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV səmimi qəbul üçün təşəkkür edərək dedi:

- Çox sağ olun, hörmətli Aleksandr Qriqoryeviç. İlk növbədə, Sizin ölkəyə yenidən rəsmi səfərə dəvətə görə sağ olun. Mən yenidən qonaqpərvər Belarus torpağında olmağıma fəal dialoqumuzu davam etdirməyə görə şadam. Ölkələrimiz arasında münasibətlər güclü, dinamik Sizin qeyd etdiyiniz kimi, çox səmərəli inkişaf edir. Çox mühüm nəticələr əldə edilmişdir. Nisbətən qısa müddətdə biz rəsmi səfərlər etmişik. Bu yaxınlarda, səfər ərəfəsində mən materiallara baxmışam. Son bir neçə ildə hökumətlərimizin başçıları müvafiq surətdə Belarusa Azərbaycana üç dəfə səfər etmişlər. Beləliklə, çox səmərəli dialoq aparılır qərarlar praktiki olaraq həyata keçirilir.

Bizim aramızda ortaq cəhətlər çoxdur bu keyfiyyətlərdən biri məhz qəbul edilmiş qərarların yerinə yetirilməsində məsuliyyət hissidir. Mən çox şadam ki, razılığa gəldiyimiz bütün məsələlər uğurla, özü qısa müddətdə keyfiyyətlə həyata keçirilir. Bu, əlbəttə, ölkələrimiz arasında etimad səviyyəsini qat-qat artırır həm yeni perspektivlər açır. Nisbətən yaxın vaxtlarda, cəmi üç il bundan əvvəl Belarusda Azərbaycan Azərbaycanda Belarus səfirlikləri açılmışdır. Lakin bu müddət ərzində biz çox böyük yol keçmişik. Böhranlı ildə əmtəə dövriyyəsinin artırılması barədə Sizin qeyd etdiyiniz fakt, yəqin ki, tənəzzül deyil, tərəqqi prosesi gedən nadir hallardan biridir. Bütün bunlar nikbinlik doğurur. Əminəm ki, biz birgə fəaliyyətimizi səylə davam etdirəcək, qarşılıqlı siyasi əlaqələri gücləndirəcək, yeni iqtisadi layihələri həyata keçirəcəyik.

Mən buraya bizim iqtisadiyyatın, demək olar ki, bütün sektorlarını əhatə edən nazirlərdən Baş nazirin müavinindən ibarət böyük bir nümayəndə heyəti ilə gəlmişəm. Ümid edirəm ki, bu səfərin yekunlarına əsasən, biz yeni konkret qərarlar qəbul edəcək, yeni layihələri daha səmərəli şəkildə həyata keçirəcək, köhnə layihələri davam etdirəcək, tərəfdaşlığı möhkəmləndirəcəyik. Sizinlə şəxsi planda görüşlərimiz, həmçinin mənə çox xoşdur. Sizin qeyd etdiyiniz kimi, biz beynəlxalq tədbirlərdə tez-tez görüşürük, ünsiyyət saxlamağa həmişə vaxt tapırıq. Lakin rəsmi səfər tamam başqa formatdır. O, həm bizim ikitərəfli əlaqələrin inkişafına verdiyimiz əhəmiyyəti vurğulayır.

Qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm. Minskin sürətlə inkişafını görməyə çox şadam. Mən burada üç il bundan əvvəl olmuşam bu gözəl şəhərin, Sizin ölkənin necə dinamik inkişaf etdiyini görürəm. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 noyabr.- S. 1.