Dövlət başçılarının geniş tərkibdə
görüşü
Noyabrın 12-də təkbətək
görüş başa çatdıqdan sonra Azərbaycan
Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr
Lukaşenkonun nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə
görüşü olmuşdur.
Prezident Aleksandr LUKAŞENKO Azərbaycan
nümayəndə heyətini Belarus torpağında bir daha
salamlayaraq dedi:
- Hörmətli İlham Heydər
oğlu!
Hörmətli dostlar!
Sizi
Bu gün inamla deyə bilərik ki, ölkələrimiz arasında münasibətlər, həqiqətən, strateji xarakter kəsb etmişdir. Zaman bizim əvvəllər qəbul etdiyimiz qərarların düzgün olmasını təsdiq etmişdir. Həm sahələr səviyyəsində, həm də iki ölkənin hökumətləri xətti üzrə daimi qarşılıqlı fəaliyyət mexanizmi tənzimlənmişdir, geniş əhatəli məsələlər üzrə əməkdaşlıq intensiv genişlənir. Bu halda Belarus-Azərbaycan münasibətlərinin fərqləndirici cəhəti ondan ibarətdir ki, bu münasibətlər dostluq, qarşılıqlı hörmət, etimad prinsipləri üzərində qurulmuşdur. Bizim münasibətlərdə heç bir qapalı mövzu yoxdur. Bu gün Prezidentlə bərabər qeyd etdik ki, ən yüksək etimad dərəcəsi və əldə etdiyimiz razılaşmaların yerinə yetirilməsi də bizim münasibətlərin fərqləndirici xüsusiyyətidir.
Siyasi sahədə bizdə bütün məsələlər çoxdan həll edilmişdir. Mədəniyyət, təhsil sahələrində möhkəm əlaqələr qurulmuşdur. Biz yüksək səviyyədə ikitərəfli danışıqların növbəti raundu barədə razılığa gələrkən, ilk növbədə, ticarət-iqtisadi münasibətlərin yeni, perspektivli istiqamətlərini müəyyən etmək vəzifəsini qarşıya qoymuşduq.
Son beş ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 11 dəfə artmışdır. Lakin bu, yəqin ki, bu gün əldə edə biləcəyimizin yalnız beşdəbir hissəsidir. Əgər İlham Heydər oğlu razılaşarsa, biz öz hökumətlərimiz üçün təqribən yarım milyard dollar həcmində əmtəə dövriyyəsini oriyentir kimi müəyyən edə bilərdik. Bu, tamamilə təbiidir, bu, normal haldır, biz əmtəə dövriyyəsini iki-üç il müddətində asanlıqla bu həddə çatdıra bilərik.
İndiki mürəkkəb şəraitdə, dünyada maliyyə-iqtisadi böhran şəraitində dəqiq qarşılıqlı fəaliyyət və görülmüş birgə tədbirlər sayəsində biz həm ikitərəfli əmtəə dövriyyəsinin azalmasını dayandırmışıq, həm də sentyabrdan sonra müsbət dinamikaya nail olmuşuq. Cari mərhələdə strateji vəzifə bu şəraitdə bəzən qeyri-standart qərarlar qəbul etməklə həm Azərbaycanda, həm də Belarusda daha genişmiqyaslı müştərək layihələr həyata keçirməkdən ibarətdir. Bunun üçün artıq təməl yaradılmışdır. 2006-cı ildə İlham Əliyevlə razılaşmışdıq ki, Azərbaycanda Belarus texnikası buraxılan müştərək istehsalat təşkil edilsin. Bu gün Gəncə avtomobil zavodunun bazasında Belarus traktorları və "MAZ" markalı yük avtomobilləri yığılır. Lakin daha irəli getmək, Azərbaycanda avtokranlar, lift avadanlığı, kənd təsərrüfatı texnikası buraxılışı üzrə müştərək istehsalatlar yaradılması ideyalarını praktikada həyata keçirmək lazımdır. Bizdə sənayenin modernləşdirilməsi üzrə böyük təcrübə toplanmışdır. Biz bu təcrübəni dostlarımızla bölüşməyə hazırıq.
Biz indicə razılığa gəldik ki, ticarətin sadə formalarından burada, Belarusda və orada, Azərbaycanda müştərək istehsalatlar yaradılmasına doğru hərəkət etməliyik. Biz bu istiqamətdə daha geniş, daha əhatəli fəaliyyət göstərməyə hazırıq.
Belarus-Azərbaycan münasibətləri ötəri prinsiplər üzərində qurulmur. Biz münasibətlərimizi, həqiqətən, ciddi və uzun dövr üçün qururuq. Buna görə də ikitərəfli əlaqələrin institusional, əlaqələndirmə mexanizmlərini möhkəmlətməliyik. Bununla əlaqədar, mən bizim hökumətlərarası komissiyanın da səmərəli işini qeyd etmək istəyirəm. Çox yaxşı haldır ki, komissiya çərçivəsində həm hökumət rəhbərləri səviyyəsində, həm də sahəvi nazirliklər və konsernlər səviyyəsində məsələləri operativ həll etmək olar. Məncə, müştərək biznes mərkəzləri, iqtisadi əməkdaşlıq şuraları, qeyri-hökumət təşkilatları yaradılması məsələlərinə baxmaq olardı. Bu cür diskussiya formaları əlverişli biznes şəraiti formalaşması üzərində həm hökumətin, həm də biznesin məqsədyönlü şəkildə işləməsinə kömək edər.
Bizim indiki görüşümüzlə əlaqədar hökumət başçıları, dövlət idarəetmə orqanlarının rəhbərləri bir sıra mühüm sənədləri imzalanmaq üçün hazırlamışlar. Prezidentlə biz ikitərəfli münasibətlərə aid geniş əhatəli məsələləri müzakirə etmişik. İndi isə əgər prezidentlər üçün məsələlər qalmışdırsa, onları, bizim gələcək starteji əməkdaşlıq məsələlərini geniş tərkibdə iclasda daha müfəssəl nəzərdən keçirmək istərdik. Əgər prezidentlərin qərar qəbul etməsi tələb olunan bu cür məsələlər yoxdursa, bu da pis deyildir. Belə hesab edərik ki, biz razılığa gəlmişik.
Buna görə də, hörmətli İlham Heydər oğlu, mən əminəm ki, Sizin bu səfəriniz də əvvəlki kimi səmərəli olacaq və Belarus-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni səhifə açacaqdır.
Əziz
dostlar, bir daha vurğulamaq istəyirəm: əgər müəyyən
problemli məsələlər varsa, gəlin, həmin məsələləri
bu cür dostluq, əlbirlik şəraitində, bu masa
arxasında əyləşənləri Azərbaycan və
Prezident İlham ƏLİYEV rəsmi səfər zamanı ona və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirərək dedi:
- Hörmətli Aleksandr Qriqoryeviç, hörmətli dostlar, çox sağ olun.
Əvvəla, bir daha ölkənizə gəlmək və ikitərəfli əməkdaşlığa dair bir çox məsələləri müzakirə etmək imkanına görə Sizə təşəkkürümü bildirmək istərdim. Siz düzgün qeyd etdiniz ki, ölkələrimiz arasında münasibətlər çox dinamik, fəal inkişaf edir. Bunun əsas göstəricisi odur ki, hətta böhran ilində ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələr artır. Bu, bizim iqtisadi sahədə qarşılıqlı fəaliyyət, konkret layihələrin həyata keçirilməsi çərçivəsində son illər gördüyümüz işlərin nəticəsidir. 2006-cı ildə burada, Minskdə və 2007-ci ildə Sizin rəsmi səfəriniz zamanı Bakıda razılığa gəldiyimiz layihələrin operativ, səmərəli və keyfiyyətlə həyata keçirilməsi onu göstərir ki, siyasi əzmkarlıq olduqda hər şeyi həll etmək mümkündür. Bu siyasi əzmkarlıq vardır. Ölkələrimiz arasında siyasi münasibətlər çox yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlar çərçivəsində də fəal qarşılıqlı fəaliyyət göstəririk. Fəal siyasi dialoq mövcuddur. Biz bütün beynəlxalq tədbirlərdə prezidentlər səviyyəsində mütəmadi olaraq görüşürük. Səfərlərimiz intensiv xarakter daşıyır və hökumətlərimizin başçıları son bir neçə ildə üç səfər etmişlər, nazirlər səviyyəsində yaxşı əlaqələr mövcuddur. Biz praktikada bunun nəticələrini görürük.
Biz ikitərəfli münasibətlərimizin necə inkişaf etməsindən, qəbul edilən qərarların necə yerinə yetirilməsindən çox razıyıq. Bu baxımdan Belarus ilə Azərbaycan arasında ümumi cəhətlər çoxdur. Qərarlar qəbul olunur, operativ yerinə yetirilir və biz yaxşı, keyfiyyətli nəticələr görürük. Bu gün birinci görüşümüzdə gələcək əməkdaşlığımızın konkret layihələrini birlikdə müəyyənləşdirdik. Onlar çox geniş istiqamətləri əhatə edir. Bu, kənd təsərrüfatı, maşınqayırma sahəsində yeni layihələr, birgə müəssisələrin yaradılmasıdır. Layihələr investisiya öhdəlikləri ilə əlaqədardır. Bu halda deməliyəm ki, Belarusun da, Azərbaycanın da yaxşı investisiya potensialı vardır. Mən əminəm ki, bu gün müəyyənləşdirdiklərimizin həyata keçirilməsi ticarət dövriyyəsinin həcmini daha da artıracaqdır. Mən Sizin o fikrinizlə razıyam ki, sürətli artıma baxmayaraq, bugünkü səviyyə dövlətlərimizin potensialına cavab vermir. Düşünürəm ki, yarım milyard tamamilə real rəqəmdir və biz onu müvəqqəti hədd kimi müəyyən edə bilərik. Gələcəkdə isə indi dediklərimizin həyata keçirilməsi nəticəsində, zənnimcə, bu, milyardlarla ölçüləcəkdir.
Belarusun iqtisadiyyatı çox səmərəlidir.
Son illər Azərbaycan iqtisadiyyatının yüksəlişi
iqtisadi və sosial xarakterli bir çox məsələləri
həll etməyə imkan verir. Qeyd etdiyimiz kimi,
iqtisadiyyatlarımız rəqabət aparan iqtisadiyyatlar
deyildir. Onlar sanki bir-birini dəstəkləyirlər.
Bütün bu ilkin şərtlər, möhkəm siyasi əlaqələr,
iqtisadi baxımdan qarşılıqlı maraqlar,
maşınqayırma sahəsində layihələrin
gerçəkləşdirilməsindən konkret nəticələrin
əldə edilməsi şəraitində çox
böyük potensial görürük. Bu imkanlardan istifadə
etməmək və münasibətlərimizi irəlilətməmək
yolverilməz olardı. Əminəm ki, bunun üçün
bütün imkanlarımız vardır. Biz gələcəkdə
də bütün məsələlər üzrə səmərəli
qarşılıqlı fəaliyyət göstərəcək,
müəyyənləşdirdiklərimizi operativ həll etmək
üçün daim əlaqə saxlayacağıq.
Bir daha qonaqpərvərliyə
görə Sizə təşəkkürümü bildirmək
istəyirəm. Sizi bir daha görməyimə çox
şadam. Bizi çox möhkəm dostluq münasibətləri
bağlayır və əminəm ki, dövlətlərimiz
arasında münasibətlərdə onlar da mühüm rol
oynayırlar. Şadam ki, nümayəndə heyətlərimizin
üzvləri arasında da dostluğa və qarşılıqlı
anlaşmaya əsaslanan möhkəm münasibətlər
vardır. Bütün bunlar münasibətlərimizin irəliləməsi
üçün məhz həmin zəruri fonu yaradır. Bir
daha qonaqpərvərliyə görə təşəkkür
edir və fəal əməkdaşlığımızın
davam edəcəyinə ümid bəsləyirəm.
AzərTAc
Azərbaycan.- 2009.- 13 noyabr.- S. 2.