Azərbaycan-Belarus sənədlərinin
imzalanması
Noyabrın 12-də geniş tərkibdə danışıqlar başa
çatdıqdan sonra
Azərbaycan-Belarus sənədlərinin imzalanması
mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Birgə Bəyannaməni imzaladılar.
"Azərbaycan
Respublikası Hökuməti
və Belarus Respublikası Hökuməti
arasında gənclər
siyasəti sahəsində
əməkdaşlıq haqqında
Saziş"i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarusun təhsil naziri Aleksandr Radkov imzaladılar.
"Azərbaycan Respublikasının
Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil
Nazirliyi arasında
2010-2011-ci illərdə təhsil
sahəsində əməkdaşlıq
üzrə sazişin
həyata keçirilməsi
barədə Protokol"u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
və Belarusun təhsil naziri Aleksandr Radkov imzaladılar.
"Azərbaycan Dövlət Sərhəd Xidməti və Belarus Respublikası Dövlət
Sərhəd Komitəsi
arasında əməkdaşlığa
dair Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
və Belarusun xarici işlər naziri Sergey Martınov
imzaladılar.
"Azərbaycan Respublikasının
Milli Arxiv İdarəsi və Belarus Respublikasının
Ədliyyə Nazirliyi
arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında
Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun xarici işlər naziri Sergey Martınov
imzaladılar.
"Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik
Nazirliyi və Belarus Respublikasının
Dövlət Təhlükəsizlik
Komitəsi arasında
məxfi informasiyanın
mühafizəsinin təmin
edilməsində qarşılıqlı
əlaqələrə dair
Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarus Dövlət Təhlükəsizlik
Komitəsinin sədri
Vadim Zaytsev imzaladılar.
AzərTAc
Azərbaycan.- 2009.- 13 noyabr.- S. 2.