İmam Xomeyni adına "İmdad" Beynəlxalq Humanitar Komitəsinin sədri mətbuat konfransı keçirmişdir

 

Ölkəmizdə səfərdə olan İranın İmam Xomeyni adına "İmdad" Beynəlxalq Humanitar Komitəsinin sədri Hüseyn Ənvarinin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 12- "Hyatt Regency-Naxçıvan" mehmanxanasında mətbuat konfransı keçirmişdir.

Tədbiri giriş sözü ilə açan İran İslam Respublikasının Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami son vaxtlar ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə uğurla inkişaf etdiyini bildirmişdir. Diplomat İmam Xomeyni adına "İmdad" Beynəlxalq Humanitar Komitəsinin sədri Hüseyn Ənvarinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana indiki səfərini buna əyani nümunə kimi göstərmişdir.

Hüseyn Ənvari nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra vacib görüşlər keçirdiyini, o cümlədən Milli Məclisin Sədri Oqtay Əsədov digər rəsmi şəxslərlə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edən müzakirələr apardığını diqqətə çatdırmışdır. Qonaq rəhbərlik etdiyi qurumun dost qardaş Azərbaycanda həyata keçirdiyi humanitar proqramlar barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, təşkilat artıq 16 ildir Azərbaycanda fəaliyyət göstərir. Bu müddətdə komitə Azərbaycan Respublikasının 45 rayonunun 500 qəsəbə kəndində 40 min nəfərə yaxın qaçqın, məcburi köçkün, əlil, şəhid ailəsi, habelə ailə başçısını itirmiş, tənha kimsəsiz insanları öz himayəsinə götürərək, onlara müxtəlif növ yardımlar göstərir.

Eyni zamanda, "İmdad" Beynəlxalq Humanitar Komitəsinin respublikamızda əhalinin aztəminatlı təbəqəsinin məşğulluq imkanlarını artırmaq məqsədilə müxtəlif layihələr həyata keçirdiyini vurğulayan Hüseyn Ənvari rəhbərlik etdiyi qurumun Ermənistanın təcavüzündən əziyyət çəkən dost və qardaş Azərbaycan xalqına öz köməyini bundan sonra da davam etdirəcəyini bildirmişdir.

Mətbuat konfransında jurnalistlərin sualları ətraflı cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 noyabr.- S. 3.