Azərbaycan ilə Sloveniyanın inşaat, ticarət, xidmət turizm sahələrini təmsil edən adamlarının iştirakı ilə "dəyirmi masa" təşkil edilmişdir

 

Noyabrın 10-da keçiriləcək Azərbaycan-Sloveniya biznes forumu çərçivəsində noyabrın 9-da hər iki ölkənin inşaat, ticarət, xidmət turizm sahələrini təmsil edən adamlarının iştirakı ilə "dəyirmi masa" təşkil edilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə nazirliyin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda keçirilən tədbirdə Azərbaycan Sloveniyanın investisiya mühiti biznes imkanları, turizm potensialı, tikinti sektoru ticarət əlaqələri barədə məlumat verilmiş, bu sahədə əməkdaşlıq imkanları müzakirə edilmişdir. Bildirilmişdir ki, 2008-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi vur-tut 10 milyon dollar təşkil etmişdir. Əlaqələrin möhkəmləndirilməsi üçün belə görüşlərin xüsusi əhəmiyyəti vurğulanmışdır. Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniya Prezidenti Danilo Türkün iştirakı ilə imzalanmış "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum"un əlaqələrimizin genişləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunmuşdur.

Tədbirdə Azərbaycan tərəfi Ticarət Sənaye Palatası, "Paşa İnşaat", "İSR Holdinq", "Akkord", "Altes Group", "Gilan Turizm", "Azərsun Holdinq" digər şirkətlərlə, Sloveniya tərəfi isə bu ölkənin Ticarət Sənaye Palatası, "Trimo Grup", "Kovit Projekti", "Globus Mednarodna", "Adria Kombi" s. şirkətlərlə təmsil olunmuşdur.

"Dəyirmi masa"da iştirakçı şirkətlərin təqdimatı keçirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 4.