Sənaye Energetika Nazirliyində Azərbaycan-Sloveniya Biznes Forumu çərçivəsində "dəyirmi masa" keçirilmişdir

 

Noyabrın 9-da Sənaye Energetika Nazirliyində Azərbaycan-Sloveniya Biznes Forumu çərçivəsində hər iki ölkədən olan adamlarının iştirakı ilə sənaye maşınqayırma sektoru üzrə "dəyirmi masa" keçirilmişdir.

Azərbaycan Sloveniyanın 30-a yaxın şirkətinin nümayəndələrinin iştirak etdiyi tədbiri açan sənaye energetika nazirinin müavini Gülməmməd Cavadov ölkəmizin son illər əldə etdiyi iqtisadi uğurlar haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramlarının uğurlu icrası, müvəffəqiyyətlə davam etdirilən iqtisadi islahatlar Azərbaycanı regionun lider dövlətinə çevirmişdir. Qonaqlara regionların sosial-iqtisadi inkişafı alternativ enerji mənbələrinin yaradılması üzrə dövlət proqramları haqqında məlumat verən nazir müavini, ikinci proqramın həyata keçirilməsi məqsədi ilə xüsusi agentliyin yaradıldığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan tərəfi bu sahədə Sloveniya şirkətlərinin təcrübəsini öyrənməkdə maraqlıdır.

Sloveniya nümayəndə heyətinin rəhbəri, Sənaye İqtisadiyyat Palatasının əməkdaşı Ales Kantarutti Azərbaycanda olmaqlarından məmnunluğunu bildirmiş, göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanı Qafqazın Şərqin qapısı hesab edən Sloveniya şirkətləri alternativ enerji mənbələrinin yaradılması digər sənaye sahələrinin inkişafı üçün Azərbaycan şirkətləri ilə təcrübə mübadiləsində maraqlıdırlar. Sloveniya ilə Azərbaycan arasında 2008-ci ildə əmtəə dövriyyəsinin cəmi 10 milyon manat təşkil etdiyini bildirən qonaq bunun mövcud potensialı əks etdirmədiyini vurğulamışdır.

Sonra "dəyirmi masa"da iştirak edən şirkətlər haqqında məlumat verilmiş, sahələr üzrə qabaqcıl təcrübə barədə fikir mübadiləsi aparılmış, əlaqələrin daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulanmış, adamları arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 4.