İran Dağlıq
Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həllinə tərəfdardır
Noyabrın 9-da Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri
ölkəmizdə səfərdə
olan İran İslam Respublikası İslam Şurası Məclisinin Sosial məsələlər komissiyasının
sədri Süleyman Cəfərzadənin başçılıq
etdiyi nümayəndə
heyəti ilə görüşdülər. Milli Məclisin Sosial
siyasət komitəsinin
sədri Hadi Rəcəbli qonaqlara Azərbaycan parlamentinin qanunvericilik bazası, rəhbərlik etdiyi komitənin fəaliyyəti,
qanun yaradıcılığı
prosesi və demokratik dövlət quruculuğu istiqamətində
atılmış mühüm
addımlar, iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Hadi Rəcəblinin sözlərinə
görə, bu cür səfərlər təkcə qanunvericilik orqanları arasında deyil, bütün sahələrdə münasibətlərin
daha da dərinləşməsinə
və möhkəmlənməsinə
xidmət edir.
Hadi Rəcəbli
onu da qeyd
etdi ki, dövlətlərimiz arasındakı
münasibətlər Azərbaycan
müstəqilliyini bərpa
etdikdən sonra yeni müstəvidə inkişaf etməyə başlamışdır. Əlaqələrin
yüksək səviyyəyə
çatmasında iki ölkənin prezidentlərinin
böyük xidmətləri olmuşdur. Parlamentlərimiz
yaranmış imkandan
səmərəli istifadə
edərək əməkdaşlığı
daha da genişləndirməlidirlər.
Süleyman Cəfərzadə
onlara göstərilən
qonaqpərvərliyə görə
minnətdarlığını bildirdi. Qonaq dedi ki, İran
yaxın qonşusu və dostu olan
Azərbaycanla əlaqələrin
daha da inkişafında
və genişlənməsində
maraqlıdır. Süleyman Cəfərzadə
onu da qeyd
etdi ki, iranlı deputatlar beynəlxalq təşkilatlarda
azərbaycanlı həmkarlarını
daim dəstəkləyir
və bundan sonra da dəstəkləyəcəklər.
İran Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
də Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həllinə tərəfdardır.
Görüşdə qarşılıqlı
maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2009.- 10 noyabr.- S. 4.