Ərazilərin minalardan təmizlənməsi sahəsində
Azərbaycan ilə Sloveniya arasında əməkdaşlıq
perspektivləri müzakirə olunmuşdur
Noyabrın 9-da ANAMA-da Azərbaycan-Sloveniya
Biznes Forumu çərçivəsində İqtisadi
İnkişaf Nazirliyinin təşkilatçılığı
ilə təhlükəsizlik üzrə "dəyirmi
masa" keçirilmişdir.
Tədbirdə Azərbaycan Ərazilərin
Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA)
və Sloveniyanın Minatəmizlənmə və Minalardan Zərərçəkənlərə
Yardım üzrə Beynəlxalq Etimad Fondunun, həmçinin
hər iki ölkənin bu sahəyə aid
"Kaspi-Yıldız", "A+A Securiti" MMC, "Roman
Mursec", "Protekt-İnfra" kimi qabaqcıl şirkətlərin
nümayəndələri təcrübə mübadiləsi
aparmış, əməkdaşlıq imkanlarını
müzakirə etmişlər.
Müzakirələrdə Azərbaycanda
əlverişli investisiya mühitinin yaradıldığı
qeyd edilmiş, iş adamları arasında əlaqələrin
genişlənməsində belə tədbirlərin xüsusi
əhəmiyyəti vurğulanmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 10 noyabr.- S. 4.