Görüş hər iki tərəf üçün
faydalı olacaqdır
Noyabrın 9-da Azərbaycan
İnvestisiya Şirkətində (AİŞ) Azərbaycan-Sloveniya
Biznes Forumu çərçivəsində İqtisadi
İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı ilə maliyyə
sektoru üzrə "dəyirmi masa" keçirilmişdir.
"Dəyirmi masa"da
AİŞ və onun törəmə şirkətlərinin,
Bakı Fond Birjasının, Azərbaycan Beynəlxalq
Bankı, "Paşa Bank", "Atabank" və bir
sıra kommersiya banklarının, Sloveniya tərəfindən
"S.t.Hammer", "STBM", "Korona", "Agencija
İmelda" və s. şirkətlərin və kommersiya
banklarının təmsilçiləri iştirak etmişlər.
AİŞ-nin icraçı
direktoru Əfqan İsayev təmsil etdiyi qurumun yaranması, fəaliyyəti
barədə qonaqlara ətraflı məlumat vermiş və
bildirmişdir ki, AİŞ xarici şirkətlərlə, eləcə
də sloveniyalı səhmdarlarla əməkdaşlıqda
maraqlıdır. Azərbaycan sərmayə qoyuluşu
baxımından çox geniş imkanlara malikdir. Ümid edirəm
ki, görüşümüz hər iki tərəf
üçün çox məhsuldar və faydalı
olacaqdır.
Tədbirdə AİŞ-nin təqdimatı
keçirilmiş, Azərbaycan və Sloveniyanın investisiya
mühiti və biznes imkanları, ölkələrimizin maliyyə-bank
sistemi barədə məlumat verilmiş, bu sahələrdə
işgüzar əlaqələrin daha da genişləndirilməsi
məsələləri müzakirə olunmuşdur.
Sloveniya şirkətləri və
kommersiya banklarının fəaliyyəti ilə bağlı ətraflı
məlumat verilmiş, qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2009.- 10 noyabr.- S. 4.