Tacikistan Prezidenti
Azərbaycanın müdafiə
naziri ilə görüşmüşdür
MDB Müdafiə
Nazirləri Şurasının
Düşənbədə keçirilən iclası
başa çatdıqdan
sonra Azərbaycanın
müdafiə naziri Səfər Əbiyevin Tacikistana səfəri başlanmışdır.
Tacikistan Prezidenti
mətbuat xidmətinin
verdiyi məlumata görə, dövlət başçısı Emoməli
Rəhmonla Səfər
Əbiyevin görüşündə
iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin inkişafı
və genişləndirilməsi
məsələləri müzakirə
edilmişdir.
Emoməli Rəhmon Tacikistan-Azərbaycan münasibətlərinin bütün
sahələrdə dinamik
inkişafını qeyd
etmiş, iki ölkənin müdafiə
idarələri arasında
əlaqələrin inkişafından
məmnun olduğunu bildirmişdir.
Tərəflər ölkələr
arasında hərbi kadrların hazırlanması
və hərbi qüvvələrin peşəkarlığının
yüksəldilməsinə xüsusi diqqət yetirmişlər.
Görüşdə regional təhlükəsizlik məsələləri,
Əfqanıstanda vəziyyət
də müzakirə edilmişdir.
Qulu Kəngərli,
AzərTAc-ın
xüsusi müxbiri
Düşənbə
Azərbaycan.- 2009.-12
noyabr.- S. 9.